Şokolad kistası nədir, əlamətləri, müalicə üsulları

Şokolad kistası (Endometrioz) reproduktiv yaşda olan qadınlarda rast gəlinən bir xəstəlikdir. Şokolad kistaları maye və qanla dolu kistalardır. Endometrioma kimi də adlandırılır və xərçəng deyil. Şokolad kistası endometrial toxumanın anormal şəkildə böyüyərək yumurtalıqlara yapışmasından meydana gələn patologiyadır.

Şokolad kistası nədir?

Şokolad kistası xərçəng deyil. Menstruasiya ağrısı, çanaq nahiyyəsində ağrı və sonsuzluğa səbəb ola biləcək bir patologiyadır. Bəzi xəstələrdə şikayətlər çox yüngül olsa da, bəzi xəstələrdə gündəlik yaşama təsir edəcək qədər şiddətli ola bilər.

Uşaqlığın daxili təbəqəsi olan endometrium qadın hormonlarına həssas olduğu üçün endometrioz ocaqları da qadın hormonlarına qarşı həssasdır və menopauza və hamiləlik kimi qadın hormonlarının dəyişdiyi dövrlərdən təsirlənə bilər.

Endometrioz harada baş verir?

Endometriomalar xoşxassəli şişlər olsa da, çox vaxt bağırsaq, sidik kisəsi, uşaqlıq yolu kimi qonşu orqanlara yapışır və bununla bağlı şikayətlərə səbəb ola bilər. Bu yapışmalar endometriomaların cərrahi müalicəsini çətinləşdirən səbəblərdən biridir.

Yumurtalıqlarda olan bu kistalara endometrioma  və ya  şokolad kistaları deyilir. Şokolad kistalarının əmələ gəlməsinin səbəbi müxtəlif dövrlərdə yumurtalıqlarda yerləşən endometrioz ocaqlarının qanaması və bunun nəticəsində qan yığılmasıdır.

Şokolad kistasının (endometriozun) əlamətləri hansılardır?

Şokolad kistasının simptomları;

  • ağrılı menstrual dövrlər
  • menstruasiyalar arasında çanaq ağrısı
  • cinsi əlaqə zamanı ağrı
  • həzm problemləri
  • ağrılı bağırsaq hərəkətləri
  • ağır menstruasiya dövrləri
  • hamilə qalmaqda çətinlik (sonsuzluq, spontan düşük)

Şokolad kistası hansı nahiyyədə ağrıya səbəb olur?

Şokolad kistası çanaq, qarın və ayaq nahiyələrində ağrılara səbəb olur. Ağrı adətən menstruasiya zamanı güclü olur. Oturarkən və ya ani hərəkətlər zamanı ağrı güclənə bilər. Bəzi hallarda şokolad kistası kürək və bel nahiyələrində ağrıya səbəb ola bilər.

Endometriozun olduğunu necə bilmək olar?

Endometrioz olduğunuzu anlamaq üçün;

  • ağrılı menstrual dövrlər
  • menstruasiyalar arasında çanaq ağrısı
  • cinsi əlaqə zamanı ağrı
  • həzm problemləri
  • ağrılı bağırsaq hərəkətləri
  • ağır menstruasiya dövrləri
  • hamilə qalmaqda çətinlik (sonsuzluq, spontan düşük)

Əgər bu simptomlarınız varsa, sizdə şokolad kistası ola bilər. Ancaq dəqiq diaqnoz üçün ultrasəs müayinəsi tələb olunur.

Endometrioz axıntıya səbəb olur mu?

Endometrioz axıntıya səbəb ola bilər. Şokolad kistaları qan yığılması nəticəsində formalaşdığı üçün qanlı axıntı ola bilər. Şokolad kistaları menstruasiyadan öncə və sonra qəhvəyi axıntıya səbəb ola bilər.

Şokolad kistası menstruasiya pozuntusuna səbəb olur mu?

Şokolad kistası bəzi hallarda menstruasiya pozuntusuna  səbəb ola bilər. Patoloji uşaqılıq qanaxmaları və şiddətli ağrılı dövrlər diqqətə alınmalıdır.

Şokolad kistası xərçəngə çevrilir mi?

Bəzi tədqiqatlar göstərir ki, şokolad kistaları yumurtalıq xərçənginin bəzi növləri ilə əlaqəli ola bilər. Bununla belə, bu, xərçəngönü bir vəziyyət hesab edilmir və skrininq tövsiyə edilmir.

Eyni şəkildə endometriomalar zamanı ehtiyat tədbiri məqsədilə əməliyyat edilməsinin xərçəngə çevrilmənin qarşısını aldığı ilə əlaqədar heç bir sübut göstərilməmişdir.

Şokolad kistası hamiləliyə maneə olur mu?

Şokolad kistalarının əlamətlərindən biri hamilə qalmaqda çətinlikdir. Endometrioz sonsuzluğa səbəb ola bilər. Maye və qanla dolu patoloji törəmələr yumurtalıq strukturlarının pozulmasına və yumurtalıqların sağlam yumurtahüceyrə  istehsal etmə qabiliyyətinə mane olan iltihabın inkişafına səbəb olur. Buna görə də ağrılı dövrlər tez-tez baş verən kimi bir onkoginekoloqa müraciət etməyiniz tövsiyyə olunur.

Şokolad kistalarına kimlərdə rast gəlinir?

Şokolad kistalaları qadınların əksəriyyətinin qarşılaşdığı bir vəziyyətdir. Endometriozun inkişafına səbəb olan şərtlər aşağıdakılardır:

  • Progesteron, estrogen səviyyələrində dəyişikliklərə səbəb olan tiroid, yumurtalıqların polikistoz sindromu (PCOS) kimi mühüm hormonal problemlər və  resept əsasında müəyyən dərmanların müntəzəm qəbulu
  • Diqqət edilmədikdə qonşu orqanlara, toxumalara yayıla bilən və yumurtalıqlara təsir göstərən çanaq boşluğundakı infeksiyalar

Şokolad kistası kiçilir mi?

Şokolad kistaları adətən öz-özünə kiçilmir. Endometrioz inkişaf etmiş mərhələdə geri dönməz problemlərə səbəb ola bilər. 

Hər hansı bir əlamətin olması halında mütəxəssis ginekoloq tərəfindən lazımi diaqnoz və müalicələr tətbiq edilməlidir.

Şokolad kistaları partlayır mı?

Şokolad kistaları partlaya bilər. Yumurtalıq kistalarının partlaması ciddi problemlər yaradır. Şokolad kistaları partlayırsa;

  • Qızdırma və qusma
  • Ani, şiddətli qarın ağrısı
  • Huşun itməsi, başgicəllənmə və ya zəiflik
  • Tez-tez nəfəs alıb-vermək
  • Qanaxma

Bu simptomlar görünə bilər.

Endometrioz üçün nə etmək olar?

Şokolad kistanızın olduğundan şübhələnirsinizsə, ilk növbədə stresli vəziyyətinizi düzəltməlisiniz. Bitki çayları, düzgün qidalanma, idman və kifayət qədər yuxu, bir sözlə, həyat keyfiyyətinizi yüksəltmək üçün atacağınız addımlar sizi psixoloji olaraq müalicəyə hazırlaya bilər. Ancaq bunlar şokolad kistaları üçün ediləcək əsas tədbirlər deyil. Əgər sizdə endometrioz əlamətləri müşahidə olunursa, vaxt itirmədən onkoginekoloqa müraciət etməlisiniz. 

Şokolad kistasının diaqnostikası və müalicəsi üsulları

Şokolad kistasının diaqnozu və müalicə üsulları onkoginekologiya mütəxəssisi tərəfindən planlaşdırılmalıdır. Şokolad kistasının diaqnozunda ultrasəs müayinəsi (USM) və  CA-125 testindən  geniş istifadə olunur. Edometriozun müalicəsi kistanın ölçüsünə və simptomlarına görə ilk növbədə dərmanlarla aparılır. Dərmanın effektiv olmadığı hallarda laparoskopik cərrahiyyə ilə müalicə oluna bilər. Şokolad kistalarının müalicəsində xəstələr tərəfindən etibarlı şəkildə laparoskopik cərrahiyyəyə üstünlük verilir.

Endometriozun diaqnozu necə qoyulur?

Əvvəlki yazımızda əksər qadınlarda görülən endometriozun əlamətlərindən və tez-tez verilən suallardan bəhs etmişdik. "Endometriozun diaqnozu necə qoyulur?"  İlk öncə suala cavab vermək üçün;

  • Ağrılı menstruasiya dövrü
  • Menstruasiya zamanı və ya sonra pelvik (çanaq) ağrı
  • Cinsi əlaqə zamanı ağrı
  • Hamiləlikdə çətinlik
  • Ağır menstruasiya dövrü

Endometrioz diaqnozunu təsdiq etmək üçün müayinələr;

  • Çanağın müayinəsi
  • Müxtəlif qan testləri
  • Ultrasəs müayinəsi (USM)
  • Maqnit rezonans tomoqrafiya (MRT)
  • Laparoskopiya (biopsiya məqsədi ilə)

Gənc qızlarda şokolad kistasına necə diaqnoz qoyulur?

Yeniyetmə qızlarda şokolad kistasının diaqnozu üçün ultrasəs müayinəsindən istifadə olunur. Onkoginekoloqunuz müxtəlif qan testləri də istəyə bilər. Endometriozun əmələ gəlməsi ilə yanaşı, digər yumurtalıq kistaları (pcos, fibroid) üçün ultrasəs və qan testəri tələb olunur.

Çanağın müayinəsi isə kistaların palpasiya edilib-edilmədiyini yoxlamaq üçün tətbiq edilə bilər. 

İctimaiyyətin “ağrılı menstruasiya normaldır” ifadəsinin  əksinə menstruasiya dövrünün şiddətli ağrı ilə müşayiət olunması normal deyil . Çanaq nahiyəsində ağrı, gur qanaxma kimi problemlər varsa, vaxt itirmədən ginekoloq müayinəsinə ehtiyacınız ola bilər.

Laparoskopiya  yumurtalıq kistalarının diaqnozunun qoyulması üçün istifadə edilə bilər. Bu prosedur zamanı qarın boşluğunda kiçik kəsiklər ilə biopsiya alınır. 

Endometrioz və digər yumurtalıq kistalarının diaqnostikasında tətbiq edilən prosedurlarda gənc qızların qızlıq pərdəsi (hymen) zədələnmir.

Endometrioz hansı analiz ilə müəyyən edilir?

Şokolad kistası üçün qan testləri, həmçinin pelvik müayinə və ultrasəs prosedurları aparılır. 

  • Ca - 125
  • Ca – 19-9

HE-4 testi də son zamanlarda endometriozun diaqnostikasında istifadə edilir. Eyni zamanda, digər yumurtalıq kistalarının diaqnozu üçün hormon testləri (məsələn, FSH/LH, Anti-müllerian, total testosteron) və Beta-HCG testi tələb oluna bilər.

Endometrioz ultrasəs ilə müəyyən edilir mi?

Şokolad kistasının əlamətləri varsa , müayinə və dəqiq diaqnoz üçün ultrasəs müayinəsi tələb olunur. Endometrioz əksər hallarda ultrasəs müayinəsi ilə aşkar edilir. Bununla yanaşı ultrasəs müayinəsində görünən hər növ kistanı aşkar etmək mümkün olmaya bilər. Dəqiq diaqnoz üçün əlavə prosedurlar da tətbiq oluna bilər. Gənc qızlarda diaqnoz üçün ultrasəs və qan analizləri kifayət etdiyi halda qadınlarda da transvaginal ultrasəs müayinəsi tələb oluna bilər.

 Gənc qızlarda endometrioz və ya digər yumurtalıq kistalarının diaqnozunda xüsusi hallar istisna olmaqla, vaginal müdaxilə tələb olunmur.

Endometrioz necə müalicə olunur?

Şokolad kistalarının müalicəsi;

 Endometriozun müalicəsi bu amillərdən asılıdır

  •  Yaş
  •  Simptomlar
  •  Şokolad kistasının hər iki yumurtalıqda olub-olmaması
  • Uşaq sahibi olmaq istəyinin olub-olmaması

Onkoginekoloqunuz müalicəniz üçün ən uyğun proseduru tövsiyyə edəcək

Endometriozun dərmanla müalicəsi

Şokolad kistası kiçikdirsə və ciddi simptomlar yoxdursa, həkiminiz dərman müalicəsi tövsiyə edə bilər. Doğuşa nəzarət həbləri mövcud şokolad kistalarını kiçiltmir; bu, yalnız simptomlarınızı aradan qaldırmağa və hormonlarınızı tənzimləməyə kömək edəcəkdir.

Oral kontraseptivlər (doğuma nəzarət həbləri) sonsuzluğa səbəb olur mu?

Hər bir ginekoloq üçün vacib məsələ xəstələrin fertilliyinin (ana olmaq xüsusiyyətinin) qorunmasıdır. Onkoginekoloq tərəfindən yumurtalıq kistalarına görə təyin edilən və müntəzəm müayinə ilə müşahidə edilən xəstələrdə oral kontraseptivlər sonsuzluğa səbəb olmur. Sonsuzluğa səbəb doğuşa nəzarət həbləri deyil, endometrioz və digər yumurtalıq kistalarının müalicəsini gecikdirməkdir.

Şokolad kistası hansı hallarda cərrahi əməliyyat tələb edir?

Yuxarıda qeyd etdiyimiz kimi, şokolad kistalarının tam sağalması üçün ilk növbədə təyin olunan dərmanlar kömək etmir. Kistaların dərmanla müalicəsi, simptomlarınızı yüngülləşdirmək, rahat menstruasiya dövrü keçirmək və hormonlarınızı nəzarət altında saxlamaq üçün müalicədə yalnız ilk addımdır.

Aşağıdakı hallarda şokolad kistası əməliyyatı tələb olunur.

  • Ağrılı simptomlar
  • 4 sm-dən böyük kistalar
  • Bədxassəli kistalar
  • Sonsuzluq (yumurtalıqlarda endometrioz ilə əlaqəli boru tıxanmaları)

Şokolad kistası əməliyyatı aşağıdakı üsullarla həyata keçirilir.

  • Şokolad kistalarının laparoskopik yolla çıxarılması (əksər hallarda)
  • Açıq cərrahiyyə ilə şokolad kistası əməliyyatı (nadir hallarda)