Uşaqlıq boynu xərçəngi cərrahiyyəsi

Usaqliq boynu xercengi cerrahiyyesi

Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox görülən dördüncü xərçəng növüdür. Erkən diaqnoz qoyulduqda qadınların tam sağalma ehtimalı vardır. Bununla belə, xərçəng səbəbiylə baş verən ölümlərin ilk səbəblərindən biridir. Buna görə də xəstəliyin erkən aşkarlanması və effektiv müalicə edilməsi çox vacibdir. Uşaqlıq boynu xərçəngi əməliyyatından bəhs edəcəyik.

Uşaqlıq boynu xərçəngi nədir?

Uşaqlıq boynu xərçəngi adının da çəkildiyi uşaqlıq boynundan inkişaf edən bədxasssəli şişdir. Qadın cinsiyyət sisteminin bir hissəsi olan bu orqan uşaqlıqda yerləşir və uşaqlıq yolu (vagina) ilə uşaqlığı birləşdirir. Uşaqlıq boynu xərçənginin əsas səbəbi HPV adlı virusdur. Çox yoluxucu olan bu virus infeksiyası əksər hallarda simptomsuz olur . Bir çox qadın bu virusa məruz qalsa da, onların immuniteti virusu insan orqanizmindən təmizləyə bilir. Bununla belə, qadının immunitetindən sağ çıxan viruslar uşaqlıq boynu xərçənginin əsas səbəbi olur. Buna görə mütəmadi olaraq müayinələrdən keçmək böyük əhəmiyyət kəsb edir.

 

Uşaqlıq boynu Xərçəngi Cərrahiyyəsi  

Uşaqlıq boynu xərçəngində müalicə seçimləri adətən prosesin mərhələsinə görə formalaşır. Şüa terapiyası, kimyəvi terapiya, immunoterapiya, ağıllı dərman və ya hədəflənmiş terapiyalar uşaqlıq boynu xərçəngində tətbiq oluna bilsə də, bu xərçəng növündə daha çox cərrahiyyə ön planda yer alır. Cərrahi üsul diaqnozun dəqiqləşdirilməsi, xərçəngin yayılmasını müəyyən etmək və ya birbaşa prosesi müalicə etmək üçün geniş tətbiq edilir.

Məlumdur ki, uşaqlıq boynu xərçəngi əməliyyatı klassik və ya açıq cərrahi üsulla aparılır. Bundan əlavə laparoskopiya üsulundan da istifadə edilə bilər. Əməliyyatı həyata keçirəcək mütəxəssisin bilik və təcrübəsi, ekspert qiymətləndirməsi, xəstənin vəziyyəti, anamnezi, prosesin yayılma dərəcəsi kimi kriteriyalar cərrahi üsulu təyin edən meyarlardır.

  • Histerektomiya üsulu; Uşaqlıq və uşaqlıq boynunun çıxarılması əməliyyatıdır. Şişin ölçüsünə görə müxtəlif tipləri tətbiq oluna bilər.
  • Servikal konizasiya üsulu; uşaqlıq boynunun konus şəklində çıxarılmasını nəzərdə tutulur və daha çox erkən mərhələdə lokal yayılmanı görmək üçün istifadə olunur.
  • Radikal traxelektomiya; erkən dövrdə tətbiq edilən başqa bir cərrahi üsuldur. Uşaqlıq boynu ilə yanaşı ətrafdakı toxumalar da çıxarılır. Ancaq hamiləlik üçün uşaqlıq çıxarılmır, qorunur. Ana olma arzusu varsa və seçim kriteriyaları uyğun olduqda bu üsula üstünlük verilir.
  • Sadə histerektomiya üsulu çox erkən diaqnoz qoyulan hallarda tətbiq oluna bilər.
  • Radikal histerektomiya uşaqlığın və uşaqlıq boynunun ətraf toxumalarla birlikdə çıxarılmasını əhatə edən başqa bir üsuldur. Şişin müəyyən ölçüdən aşağı olduğu hallarda tətbiq oluna bilər.
  • Çanaq limfa düyünlərinin disseksiyası xərçəngin uşaqlıq boynundan kənara yayılıb-yayılmadığını müəyyən etməyə imkan verir.

 

 

Uşaqlıq  boynu xərçəngi cərrahiyyəsinin riskləri

Məlumdur ki, icra olunan hər əməliyyatın özünəməxsus potansial riskləri olur. Cərrahi əməliyyat adı ümumiyyətlə insanların psixoloji olaraq qorxu və narahatçılıq duymasına səbəb olur. Ancaq, uşaqlıq boynu xərçəngi əməliyyatının dünyada ən çox edilən əməliyyatlardan olduğu bir həqiqətdir. Əməliyyatla bağlı risklər çox aşağıdır. Qanaxma, infeksiya, laxtalanma, qonşu orqanların (sidik axarı, sidik kisəsi, düzbağırsaq) zədələnməsi kimi risklər ola bilər. Bəhs edilən cərrahi risklər mütəxəssisin düzgün seçilməsi, əməliyyatönü müayinələrin tam və doğru aparılması, düzgün cərrahi metodun tətbiqi və həkimin onkoloji təcrübəsi kimi meyarlarla minimuma endirilə bilər.

 

 

Uşaqlıq boynu xərçəngi əməliyyatından sonrakı period

Uşaqlıq boynu xərçəngi əməliyyatından sonra insanlara nə etməli və nəyi etməməli olduğu mütəxəssis həkimləri tərəfindən izah ediləcək. İnsanlar unutmamalıdırlar ki, hər bir əməliyyat özünəməxsusdur və xəstəyə görə dəyərləndirilməlidir. Ona görə də ən aydın və doğru informasiya əməliyyatdan sonra mütəxəssis həkimin verdiyi məlumatlardır. Əməliyyatdan sonra bədəndə yara izlərinin olub-olmayacağı, insanın sağalma müddəti, vanna qəbul edə biləcəyi tarixlər, ağrıkəsici dərmanların istifadəsi, tam mənada ictimai-sosial həyata nə vaxt dönəcəyi, qanaxma vəziyyəti və bir çox digər vacib məlumatları əməliyyatı həyata keçirən mütəxəssis həkim və onun komandası çatdıracaq.

 

 

Uşaqlıq Boynu Xərçənginin Müalicəsi

Uşaqlıq boynu xərçəngi və onun əməliyyatı haqqında doğru bilinən çoxlu yanlış fikirlər var. Bu səbəbdən insanlar bu fikirlərlə deyil, mütəxəssis həkimin məlumatı əsasında hərəkət etməlidirlər. Bu yolla onlar tez bir zamanda sağlıqlarına qovuşar və psixoloji cəhətdən yorulmazlar. Uşaqlıq boynu xərçəngindən şübhələnən və ya simptomları olan, rutin müayinələrinə laqeyd olmayan və ya bu sahədə mütəxəssis rəyi axtaranlar bu saytda-doğru ünvanda məlumat əldə edə bilərlər. 

 

Uşaqlıq boynu xərçəngi əməliyyatından sonra cinsi əlaqə necə olmalıdır?

Uşaqlıq boynu xərçəngi səbəbiylə  icra edilən əməliyyat zamanı bəzi anatomik və fiziki dəyişikliklər yaranır. Aparılan əməliyyatın növünə görə vaginal quruluq, qısalma və ya daralma, erkən menopauza, cinsi istəksizlik, ağrı və orqazm problemləri kimi hallar yaşana bilər. Əməliyyatdan sonra cinsi həyatla bağlı mütləq mütəxəssisə müraciət etmək lazımdır. Qadınlar etibarsız mənbələrdən əldə etdikləri məlumatları heç vaxt tətbiq etməməlidir.

 

Uşaqlıq boynu xərçəngi əməliyyatı necə aparılır?

Uşaqlıq boynu xərçəngi əməliyyatı ; Xəstənin yaşına, prosesin mərhələsinə, pasiyentin anamnezinə və vəziyyətinə uyğun olaraq müxtəlif üsullarla həyata keçirilir. Mütəxəssis həkimin təklif etdiyi üsul, həkimin təcrübəsi, xəstəliyin yayılması və bir çox başqa faktorlar birlikdə qiymətləndirilir və ən doğru cərrahi üsula qərar verilir.

 

 

Uşaqlıq boynu xərçəngi əməliyyatdan sonra təkrarlanırmı?

Uşaqlıq boynu xərçənginin yarandığı nahiyə cərrahi yolla tamamilə çıxarıldıqda, xəstəliyin təkrarlanma ehtimalı çox aşağıdır. Lakin xəstəlik ikinci və ya daha gec mərhələdə aşkar edildikdə, prosesin təkrarlanma ehtimalı vardır.

Uşaqlıq boynu xərçəngi əməliyyatından sonra qidalanma necə olmalıdır?

Uşaqlıq boynu xərçəngi əməliyyatından sonra bağırsaqlar əvvəlki vəziyyətinə dərhal qayıtmaya bilər. Bundan əlavə, pasiyentlər qarında şişkinlik və köpdən  şikayət edə bilər. Buna görə də qidalanmaya diqqət yetirilməlidir. Həkimin tövsiyə etdiyi yeməklə yanaşı, həkimin tövsiyə etdiyi müddətdən sonra bol maye və asan həzm olunan qidaların qəbulu insanların rahatlığını təmin edə bilər. Əməliyyatdan sonra həkim tərəfindən verilən pəhriz siyahısına əməl edilməlidir. Bu sayədə həm ağrı, narahatlıq yaşanmaz, həm də sağalma prosesi ağrısız keçər.