Uşaqlıq sallanması əməliyyatı və sidik qaçırma əməliyyatı (TOT)

Urologinekologiya və Pelvik orqan prolapsı cərrahiyyəsi çanaq dibi orqanlarının patologiyaları sidik qaçırma, vaginal deformasiya, vaginal funksiyanın itməsi, sidik kisəsi ilə bağlı şikayətlərin müalicəsi ilə məşğul olur.
Sidik qaçırma, hiperaktiv sidik kisəsi sindromu, çanaq orqanlarının prolapsı, defekasiya pozğunluqları, cinsi disfunksiyalar, qaz və nəcis saxlamazlıq, fistulalar kimi mürəkkəb çanaq dibinin patologiyaları olan qadınlar üçün diaqnoz və müalicə variantları mövcuddur.
Uroginekoloqun müalicə etdiyi ümumi problemlərdən bəziləri sidik qaçırma, çanaq orqanlarının prolapsı (vaginanın sallanması, uşaqlıq sallanması, sistosel, rektosel) və hiperaktiv sidik kisəsidir.
Əksər hallarda uroginekoloji və çanaq orqan sallanması olan qadınlar bu durumdan utanc duyduğu üçün həkimə müraciət etmir və bu səbəbdən müalicəsi gecikdirilir. Doğuşdan sonra deformasiya səbəbindən, həmçinin yaşla əlaqədar çanaq dibinin xəstəlikləri baş verə bilər.
Çanaq orqanlarının sallanması qadının həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Sidik saxlamazlıq və ya uşaqlığın prolapsı olan qadınlar xəstəlik inkişaf etməzdən öncə uroginekologiya və pelvik orqan prolapsı cərrahiyyəsi üzrə olan mütəxəssislə məsləhətləşməlidirlər.
Çanaq orqanlarının aşağıya doğru təzyiqi saxlayıcı əzələlərin və bağların gücündən çox olduğu üçün sallanma baş verir. Çanaq orqanının prolapsı ilə bir çox qadın vaginada dolğunluq hiss edir və sallanma artdıqca toxuma vaginadan çıxır.
Sidik və nəcis qaçırma və çanaq orqanlarının sallanmasına doğuş və genetik yatqınlıq, çanaq orqanlarının əzələləri, sinirləri və ya saxlayıcı toxumaların zədələnməsi səbəb ola bilər. Siqaret çəkmək və piylənmə də sidik qaçırma probleminə səbəb ola bilər. Bu patologiyalar yaşlanma, ağırlıq qaldırma, xroniki xəstəliklər, genetik və ya daha öncə keçirilmiş əməliyyatlar nəticəsində yarana bilər. Uroginekoloji və çanaq orqanlarının sallanması problemləri öz-özünə keçə bilməz.
Problemdən asılı olaraq, müalicə edilmədikdə sidik saxlamazlıq və ya çanaq orqanlarının disfunksiyası mümkündür. Nəticə etibarilə, daha sadə müalicəyə erkən cavab verən patologiya vaxtında müalicə edilməzsə, sonradan daha mürəkkəb müalicə tələb edə bilər.
Diaqnoz qoyulan, müalicə olunan xəstəliklər aşağıdakılardır:
Sidik qaçırma
Sidik qaçırma bir çox qadına mənfi təsir edən və sosial həyatı çətinləşdirən bir problemdir. Adətən yaşlı qadınlarda görülsə də, sidik qaçırma qocalma prosesinin təbii bir hissəsi deyil və bir sözlə müalicə tələb edir.
Əsasən iki növ sidik qaçırma vardır:
Stress inkontinans (stress vəziyyətində sidik qaçırma)
Bu tip sidik qaçırmada qarın içi təzyiq artdıqda öskürmə, gülmə, gərginlik və bəzən hətta yerimə zamanı sidik ifrazı olur. Burada problem sidik kisəsini saxlayan toxumaların zamanla zəifləməsidir. Bu tip sidik qaçırmada cərrahi müalicə ilə qənaətbəxş nəticə əldə etmək olar.
Urge inkontinans (ani sidik qaçırma)
Bu tip sidik qaçırmada xəstələr anidən sidiyə getmə istəyi ilə gələn sidik qaçırmanı təsvir edirlər. Bu tip sidik qaçırmada dərman müalicəsi faydalı ola bilər.
Uşaqlıq sallanması (Uterus Prolapsusu)
Yaşlanma, daha öncə keçirilmiş əməliyyatlar və vaginal doğuşa görə uşaqlıq yolunda və ətrafındakı birləşdirici toxumada boşalma və zəiflik baş verə bilər. Bu vəziyyətdə, uşaqlıq və digər qadın cinsiyyət orqanları vaginadan aşağı sürüşərək yerini dəyişir. Xəstələr vaginada tez-tez təzyiq və ya dolğunluq hissi ilə həkimə müraciət edirlər.
Vaginal fistulalar
Vaginal fistulalar vagina və digər orqanlar arasında normalda mövcud olmayan əlaqələrdir. Vagina və bağırsaq, sidik kisəsi və digər orqanlar arasında da baş verə bilər. Daha çox cərrahi əməliyyatlar, şüa terapiyası və ya travma nəticəsində yaranan bu halların müalicəsi cərrahiyyədir.
Vezikovaginal fistula və ya sidik kisəsi-uşaqlıq yolu fistulu
Bu hal vaginadan davamlı sidik axını ilə özünü göstərir.
Rektovaginal fistula və ya bağırsaq-uşaqlıq yolu fistulu
Bu zaman xəstələrin əsas şikayəti vaginadan nəcis və yaxud qaz gəlməsidir.
Uroginekologiya və Pelvik orqan prolapsı cərrahiyyəsi
Pelvik və Rekonstruktiv Cərrahiyyə
Müalicə olunan xəstəliklər:
- Ehlers-Danlos sindromu kimi birləşdirici toxuma ilə əlaqəli problemlər
- Nəcis saxlamazlıq (bağırsaq hərəkətlərini idarə edə bilməmə)
- Nəcis/rektal fistula (anus yaxınlığında dəridə anormal açıqlıq)
- Cinsiyyət disforiyası
- Qarışıq uriner inkontinans (ani və stress sidik qaçırmanın birləşməsi)
- Neyrogen sidik kisəsi (sidik kisəsinin sinirlə təchizatının pozulması zamanı)
- Neyrogen bağırsaq (mədə-bağırsaq traktının sinirlə təchizatının pozulması zamanı)
- Nikturiya (gecələr sidik ifrazına qalxmaq)
- Çanaq dibinin disfunksiyası (çanaq dibinin zəifliyi nəticəsində yaranan pozğunluqlar)
- Pelvik eroziyalar
- Çanaq orqanlarının prolapsı (sistosel, rektosel, uşaqlığın prolapsı, vaginal prolaps)
- Daha öncə keçirilmiş çanaq dibi cərrahiyyəsi və mesh ağırlaşmaları
- Sidik kisəsi fistulu (sidik kisəsi, sidik axarları və vagina arasında anormal əlaqə)
- Sidik saxlamazlıq
- Stress sidik saxlamazlıq (stress inkontinansı asqırma, öskürmə zamanı baş verir)
- Ani sidik saxlamazlıq (hiperaktiv sidik kisəsi)
- Vaginal atrofiya , vaginal quruluq
Minimal İnvaziv Ginekoloji Cərrahiyyə
Müalicə olunan xəstəliklər:
- Adenomioz
- Endometrioz
- Yumurtalıq kistaları (endometrioma və dermoid kistalar)
- Uşaqlıq anomaliyaları
- Uşaqlığın mioması
Xroniki Pelvik Ağrı
- Disparuniya (cinsi əlaqə zamanı ağrı)
- Endometrioz
- Əzələ disfunksiyası (xroniki əzələ gərginliyi)
- Miofassial pelvik ağrı sindromu (lokallaşmış xroniki çanaq ağrısı)
- Çanaq dibinin gərginliyi
- Pudendal nevralgiya (xroniki sinir ağrısı)
- Vulvodiniya (vulva nahiyyəsində ağrı)
Uroginekologiya və Pelvik orqan prolapsı adlı yazımızı burada bitiririk.