Uzman Dr. Ekber Ibrahimov

Uzman Dr. Əkbər İbrahimov

Onkoginekoloq

Uzman Dr. Əkbər İbrahimov haqqında məlumat

Əkbər Mirzə oğlu İbrahimov

Onkoginekoloq cərrah, tibb üzrə fəlsəfə doktoru, uzman doktor, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının assistenti, Avropa Onkoloji Ginekologiya Cəmiyyətinin (ESGO) və  Avropa Təbiət Elmləri Akademiyasının (European Academy of Natural Sciences-EANS, Hannover e.V.) həqiqi üzvü, Almaniya G. W. Leibniz Mükafatı laureatı (Germany G. W. Leibniz Prize Laureate)

Həyatı:

Əkbər Mirzə oğlu İbrahimov 15 may 1987-ci ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olmuşdur.

2005-ci ildə Hacalmuradlı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

2005-ci ildə Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika Fakultəsinə ödənişsiz əsaslarla daxil olmuşdur.

2009-cu ildə tibb tələbələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 86-cı illiyinə həsr olunmuş bilik olimpiadasında Birinci Yer qazanaraq fəxri diplom və mükafata layiq görülmüşdür.

2011-ci ildə Azərbaycan Tibb Universitetini Fərqlənmə Diplomu bitirmişdir.

2012-ci ildə Türkiyə Cümhuriyyətində keçirilən TUS (Tıpta Uzmanlıq Sınavı) imtahanı vasitəsi ilə ilk seçimi olan Türkiyə Cümhuriyyətində Hacettepe Universitetinin Ginekologiya və Onkoginekologiya kafedrasında uzmanlıq təhsilinə başlamışdır.

2012-2017-ci illər ərzində ginekoloji və onkoginekoloji əməliyyatlarının endoskopik (laparoskopik) üsulla icrasını tamamilə mənimsəmiş və icra etmişdir.

Təhsilini 01.04.2015 və 01.04.2017 tarixləri arasında Hacettepe Universitetinin Ginekoloji Onkoloji Cərrahiyyə şöbəsində davam etdirmişdir.

2017-ci ildən indiyə qədər Azərbaycan Tibb Universitetinin Onkoloji  Klinikasında pedaqoq və onkoloq-cərrah kimi fəaliyyət göstərir.

 

 

Elmi fəaliyyəti: https://scholar.google.com/citations?user=VXABG04AAAAJ&hl=tr 

  • 2017-ci ilin May ayında Türkiyə Cümhuriyyətində Hacettepe Universitetində uşaqlıq cismi xərçənginin metastazlarına həsr edilmiş elmi işini (Isolated Paraaortic Lymph Node Metastasia Frequency In Surgical Staged Endometrioid Type Endometrium Carcinoma) təqdim edərək onkoginekoloq ünvanını qazanmışdır. (Dissertation of specializing in oncological gynecology-Diss. No: 462474) 
  • 2017-ci ilin Aprel ayından Avropa Ginekoloji Onkoloji (ESGO) və Avropa Gənc Onkoginekologlar (ENYGO) Cəmiyyətinin həqiqi və aktiv üzvüdür.
  • 2026-cı ildən Avropa Təbiət Elmləri Akademiyasının (European Academy of Natural Sciences-EANS, Hannover e.V.) həqiqi üzvüdür.
  • 2026-cı ildə Almaniya G. W. Leibniz Mükafatı laureatı (Germany G. W. Leibniz Prize Laureate)
  • 2017-ci ildən indiyə qədər Azərbaycan Tibb Universitetinin Onkoloji  Klinikasında pedoqoq və onkoloq-cərrah kimi fəaliyyət göstərir.
  • 2020-ci ildən Azərbaycan Tibb Universitetinin Onkologiya Kafedrasında doktorantura təhsilinə başlamış, “Uşaqlıq cismi xərçəngində patohistoloji kriteriyalara əsasən minimal invaziv cərrahiyyənin tətbiqi” mövzusu üzrə dissertasiya yazmışdır.
  • 2020-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq 3. Minimal İnvaziv Ginekoloji Onkoloji Cərrahi Konqresində iştirak edib. Ə. İbrahimov konqresdə uşaqlıq cisminin xərçənginə görə icra etdiyi “Kiçik çanaq boşluğunun laparoskopik limfodisseksiyası” əməliyyatının video məruzəsi Birincilik mükafatına layiq görülmüşdür. 
  • Əkbər İbrahimov böyük əksəriyyəti xarici ölkələrdə dərc edilmiş 80-dan çox elmi və tədris-metodik işin müəllifidir. Onlar arasında 1 uzmanlıq dissertasiyası (Diss. No: 462474) və Tibb Universitetinin tələbələri üçün onkologiyaya dair 2 dərs vəsaiti, 1 monoqrafiya vardır. Bəhs edilən kitablar eyni zamanda Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilmişdir.  Onun müəllifi olduğu 15 məqalə Web of Science, 8 məqalə Scopus və Ulakbimdə (beynəlxalq xülasələndirmə və indeksləmə bazalarında) dərc edilmişdir. 
  • Azərbaycan Tibb Universitetinin tələbələri, rezidentləri və müvafiq ixtisaslı həkimləri üçün nəzərdə tutulmuş “Uşaqlı­ğın Bədxassəli Şişləri”, “Yumurtalıqların Bədxassəli Şişləri” və “Ginekoloji Onkologiya”  kitablarının müəllifidir.
  • ̶  Uşaqlı­ğın Bədxassəli Şişləri (100 səh., Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilmişdir, 28 iyun 2022-ci il tarixli iclasın 08 №-li protokolu), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 29 sentyabr 2022-ci il tarixli 16 №-li qərarı ilə təsdiq edilib, ISBN: 978-9952-548-61-7)
  • ̶  Yumurtalıqların Bədxassəli Şişləri (236 səh., Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilib, 27 dekabr 2022-ci il tarixli iclasın 03 №-li protokolu, ISBN: 978-9952-567-25-0)
  • ̶  Ginekoloji Onkologiya (1048 səh., Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilib, 07 mart 2024-cü il tarixli iclasın 05 №-li protokolu ISBN: 9786255542076 (paperback) 9786255542083 (ebook))
  • ̶  Uşaqlıq boynu patologiyalarının birincili və ikincili profilaktikası üzrə klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 may 2025-ci il tarixli 3-28/3-1-197/2025 nömrəli əmr
  • ̶  Uşaqlıq cismi xərçəngində patohistoloji kriteriyalara əsasən minimal invaziv cərrahiyyənin tətbiqi (142 səh., Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası)
  • ̶  Klinik onkoginekologiya (286 səh., Azərbaycan Tibb Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilib, 27 may 2025-ci il tarixli iclasın 07 №-li protokolu ISBN: 978-625-5542-81-6 (paperback) 978-625-5542-82-3 (ebook))

Ə.M. İbrahimov dəfələrlə Beynəlxalq və Milli Konfranslara məruzə üçün dəvətlər almış və onkoginekoloji xəstəliklərin cərrahi müalicəsi haqqında çıxışlar etmişdir.