Xərçəngdən sonra cinsi həyat

Bir qadına xərçəng diaqnozu qoyulduqda, əməliyyatdan və digər müalicələrdən sonra "normal" həyat tərzinə geri qayıda biləcəyindən şübhə duyur. Əksər hallarda insanlar bu xəstəliyin cinsi həyatlarına necə təsir edəcəyi səbəbindən gərgin və narahat olurlar. Bu yazıda xərçəngdən sonra cinsi həyatla bağlı bütün suallarınızı cavablandırmağa çalışacağıq.

Tədqiqatlar göstərir ki, xərçəng xəstələrinin cinsi həyatının və emosional yaxınlığın qorunub saxlanılması xərçəng müalicəsinin stresi ilə mübarizədə mühüm amildir.

Ancaq xərçəng səbəbindən müalicə qəbul etmək insanların cinsi orqanlarının quruluşuna, cinsi istəyinə, cinsi funksiyasına və fiziki görünüşünə ciddi təsir göstərə bilər və xəstələrin bu mövzuda psixoloji yardıma ehtiyacı ola bilər.

Bu baxımdan xəstələrin müalicə aldıqları həkimə və digər səhiyyə işçilərinə açıq olmaları və çəkinmədən sual vermələri tövsiyə olunur. 

Xərçəngdən Sonra Cinsi Həyat Haqqında Veriləcək Suallar

  • Müalicə prosesi cinsi həyatıma necə təsir edəcək?
  • Hazırda cinsi əlaqədə olmağım üçün hər hansı bir maneə var mı? Nə qədər müddət sonra cinsi əlaqədə ola bilərəm?
  • Cinsi həyatda xüsusilə çəkinməli olduğum bir əlaqə forması var mı?
  • Mənə kontrasepsiya (hamiləlikdən qorunma) lazımdır mı? Doğuma nəzarət həbləri kontrasepsiya üçün uyğundur mu?
  • Həyat yoldaşımla cinsi əlaqə zamanı onu yoluxdurmaq riskim var mı?
  • Təhlükəsiz bir cinsi həyat üçün hansı tədbirləri görməliyəm və bu nə qədər davam etməlidir?

Bu və bunun kimi sizi düşündürən digər sualları çəkinmədən həkiminizə soruşa bilməlisiniz!

Xüsusilə qadın reproduktiv sistemlərinin xərçəngi (uşaqlıq xərçəngi/endometrium xərçəngi, yumurtalıq xərçəngi, uşaqlıq boynu xərçəngi olan qadınlarda müalicədən sonra cinsəlliklə bağlı bir çox sualın olması qaçınılmazdır.

Uşaqlıq, yumurtalıqlar, uşaqlıq boynu, vagina (uşaqlıq yolu) və süd vəzi qadına xas orqanlar olduğundan və qadın hormonu estrogenin birbaşa təsiri altında olduğu üçün bu orqanların birində əmələ gələn xərçəng digər sistemlərə təsir edərək xəstənin cinsi həyatında problemlər yarada bilər.

Uşaqlıq cismi xərçəngi: Uşaqlıq cismi xərçəngi olan xəstələrdə uşaqlıq və yumurtalıqların çıxarılması əməliyyatı (histerektomiya və bilateral salpinqooforektomiya) sonrasında qadın hormonu olan estrogen miqdarı azalaraq menopauzaya səbəb ola bilər və bu xəstələrdə vaginal quruluq kimi problemlər yarana bilər. Eyni şəkildə, əməliyyatdan sonra şüa müalicəsi alan xəstələrdə vaginal darlıq kimi cinsi problemlər yarana bilər.

Uşaqlıq boynu xərçəngi: Yumurtalıqlar, uşaqlıq, uşaqlıq boynu və  vaginanın bir hissəsinin geniş şəkildə çıxarıldığı “radikal histerektomiya” əməliyyatı keçirmiş xəstələr bu əməliyyatın səbəb olduğu sinir zədələri səbəbiylə orqazm problemləri yaşaya bilər. Əməliyyatdan sonra şüa terapiyası (radioterapiya) alan xəstələrdə ciddi vaginal darlıq problemləri yarana bilər.

Yumurtalıq xərçəngi: Yumurtalıq xərçənginin müalicəsində bir qayda olaraq uşaqlıq və yumurtalıqlar çıxarılır və bunun nəticəsində yaranan hormonal disbalans qadınlarda cinsi əlaqə zamanı vaginada quruluq və ağrıya səbəb ola bilər. Gecikmiş mərhələdə yumurtalıq xərçəngi üçün "Debulking" adlı geniş əməliyyat keçirmiş xəstələrdə bəzən bağırsaq zədələnmələri səbəbindən kolostoma və ya ileostoma olduqda cinsi əlaqənin necə mümkün olacağı barədə məlumatsız olurlar.