Mioma nədir və Mioma əməliyyatı necə icra olunur?

Mioma uşaqlığın saya əzələsindən inkişaf edən şişlərdir. Tibbdə buna uşaqlığın fibromioması da deyilir. Bu şişlər ümumiyyətlə xoşxassəli olur. Miomaların xərçəngə (sarkoma) çevrilmə ehtimalı çox nadirdir. Miomalar müxtəlif ölçü və formalarda ola bilər. Miomalar uşaqlığın boşluğunda -submukoz, divarında-intramural və səthində-subseroz yerləşə bilər. Miomalar əsasən 30-40 yaş aralığında meydana gəlsə də, hər yaşda görülə bilər. Mioma əməliyyatı ilə bağlı bütün təfərrüatları aşağıda sizə izah edəcəyik.
Mioma nədir?
Qadınların çoxunda rast gəlinən miomalar bəzi hallarda qadınlarda uzun müddət davam edən menstrual qanaxmalarla özünü göstərir. Bundan əlavə, qadınlar qarın ağrısı kimi şikayətlərlə müraciət edə bilər. Ancaq bəzi hallarda miomalar heç bir şikayətə səbəb olmur. Bu qadınlar adətən kontrol müayinələrin nəticəsində mioma olduğunu təsadüfən öyrənirlər.
Miomaların ən çox görülən əlamətləri;
- Qasıq və bel nahiyyəsində ağrı
- Sidiye tez-tez getmə
- Qarında şişkinlik və böyümə
- Qarnın aşağı nahiyyəsində təzyiq və şişkinlik hissi
- Cinsi əlaqə zamanı ağrının olması
- Menstruasiya zamanı ağrıların artması
- Menstruasiya zamanı gur və laxta şəklində qanaxma hallarının olması
Belə simptomlar müşahidə edildikdə mütləq ginekoloqa müraciət etmək lazımdır. Mioma diaqnozu mütəxəssis həkimlər tərəfindən aparılan ətraflı müayinə və ultrasəs görüntüləri əsasında qoyulur. Diaqnoz üçün çanağın MRT müayinəsi də istifadə oluna bilər. Miomanın müalicəsində müxtəlif üsullardan istifadə olunsa da, bəzi şikayətlərin müalicəsində cərrahi üsula üstünlük verilir. Bu şikayətlər aşağıdakılardır:
- Menstruasiyalar arasında görülən qanaxma
- Menstruasiya zamanı gur qanaxma
- Qarnın aşağı nahiyyəsində ciddi ağrı
- Qarnın aşağı nahiyyəsində təzyiq hissi
- Tez-tez sidiye getmə və sidik kisəsinin tam boşalmaması hissi
Bu şikayətlər olduqda cərrahi üsullar daha effektiv nəticə verir. Bu səbəbdən də mioma əməliyyatı radikal nəticə əldə etmək baxımından son dərəcə əhəmiyyətlidir.
Mioma Cərrahiyyəsi nədir?
Qadınların əksəriyyətində mioma vardır. Mioma uşaqlığın daxilidə əmələ gələn şişlərə verilən addır. Bu şişlər əsasən xoşxassəli olur, ancaq miomalar bəzən, qadınları narahat edir. Bundan əlavə, miomalar bəzən hamiləliyin baş tutmasına və ya mövcud hamiləliyin inkişafına mənfi təsir edir. Belə hallarda miomaların cərrahi əməliyyat ilə çıxarılması lazım gəlir. Mioma əməliyyatı qarın boşluğunda kiçik kəsiklər edərək açıq və qapalı üsul ilə həyata keçirilən cərrahi müalicə üsuludur.
Qapalı mioma əməliyyatı keçirən qadınlar açıq mioma əməliyyatı keçirən xanımlara nisbətən daha sürətli sağalır.
Mioma əməliyyatı necə aparılır?
Mioma əməliyyatı uşaqlığın əzələlərindən inkişaf edən şişlərin cərrahi yolla çıxarılmasıdır. Mioma əməliyyatları qapalı (laparoskopik) və açıq (laparotomiya) üsullarla aparılır.
Vaginal miomektomiya əməliyyatı
Orta yaşlı qadınlarda tez-tez rast gəlinən miomalar uşaqlıq əzələlərindən inkişaf edən xoşxassəli şişlərdir. Vaginal miomektomiya uşaqlıq miomasının uşaqlıq yoluna çıxdığı hallarda həyata keçirilir. Normal mioma əməliyyatı adətən qarın boşluğundan daxil olaraq həyata keçirilir. Lakin miomanın uşaqlıq yoluna doğulduğu hallarda histeroskopiya operasiyası və ya birbaşa miomanın burularaq çıxarılması mümkün olur.
Açıq Mioma Cərrahiyyəsi
Texnologiyanın inkişafı ilə qapalı mioma cərrahiyyəsinə daha çox üstünlük verilsə də, iri miomaların çıxarılmasında açıq mioma əməliyyatına üstünlük verilir. 10 sm-dən böyük olan miomalar açıq mioma əməliyyatı ilə uşaqlıqdan çıxarılır. Bundan əlavə, miomaların sayının çox olması və ya bəlli yaşda xərçəng riski daşıması açıq əməliyyata üstünlük verilməsinə səbəb ola bilər. Adından da göründüyü kimi, açıq mioma əməliyyatı açıq üsulla aparılır. Xəstəyə ümumi anesteziya tətbiq edilərək aparılan bu əməliyyat əsasən bir saat çəkir. Lazımi alətlərlə toxumalardan ayrılan mioma uşaqlıqdan təmizlənir. Sonra uşaqlıq tikişlərlə bərpa olunur. Daha sonra cərrahi kəsiklər tikilir və əməliyyat tamamlanır.
Qapalı Mioma Cərrahiyyəsi
Miomaların cərrahi müalicəsində istifadə edilən üsullar arasında qapalı mioma əməliyyatına çox üstünlük verilir. Qapalı mioma əməliyyatı açıq mioma əməliyyatı kimi ümumi anesteziya tətbiq edilərək həyata keçirilir. Ölçüsü 10 sm-dən kiçik mioma variantları üçün bu cür cərrahi əməliyyata üstünlük verilir. Bu göstərilən ölçüdən əlavə olaraq, miomaların sayı dörddən çox olmamalıdır. Cərrahi əməliyyat göbəkdə və ətrafında kiçik kəsiklərin açılması ilə başlayır. Bu açılmış kəsiklərdən daxil edilən alətlə qarın boşluğu karbondioksid qazı ilə şişirilir. Daha sonra boşluğa laparoskop adlı alət daxil edilir. Laparoskopla uşaqlıq ilə əlaqəli orqanlar görüntülənir. Daha sonra müəyyən edilmiş miomalar parçalanaraq açılmış kəsiklərdən çıxarılır və kəsiklərə tikiş qoyularaq operasiya sonlandırılır.
Mioma əməliyyatından sonra nəzərə alınmalı olanlar
Qapalı və açıq mioma əməliyyatları bir-birindən fərqlidir. Açıq mioma əməliyyatından sonra qadınlar təxminən 2-3 gün xəstəxanada müşahidə altında saxlanılır. Hər əməliyyatda olduğu kimi, açıq mioma əməliyyatından sonra da qadınların ağrı hiss etməsi olduqca normaldır. Xəstəxanadan çıxan xəstəyə ağrıkəsicilər verilir. Bununla qadınlar əməliyyatdan sonra bu prosesi daha ağrısız keçirmək imkanı əldə edirlər. Açıq mioma əməliyyatından sonra qadınların yeriməsi çox vacibdir. Əməliyyat olunan xəstələr ən azı 15-20 gün ağır işlərdən çəkinməlidir. Eyni zamanda müəyyən müddət cinsi əlaqəyə ara verməlidirlər. Əməliyyat olunan pasiyentlər tez sağalmaq üçün nizamlı olaraq hər gün aktiv olmalı, yeriməli, ağır işlərdən çəkinməli və bol maye qəbul etməlidir. Mioma əməliyyatı olan insanlar təxminən 6 ay hamiləlikdən qorunmalıdır. Çünki qadınlar 6 ay ərzində hamilə qaldıqda təbii doğuşa izn verilmir.
Qapalı əməliyyatdan sonra xəstələr adətən 1 gün xəstəxanada saxlanılır və sonra evə buraxılır. Ağır işlərdən çəkinmək qapalı əməliyyat keçirmiş şəxslər üçün də keçərlidir. Həmçinin müəyyən olunmuş müddətdə cinsi əlaqədən uzaq durmalıdırlar. Qapalı əməliyyatdan sonra sağalma açıq əməliyyata nisbətən daha sürətli olur.
Mioma əməliyyatı olmadan nə baş verir?
Mioma əməliyyatı həmişə üstünlük verilən üsul deyil. Fibromioma əksər qadınlarda olur və bir çoxunda heç bir əlamət olmur. Miomaların xərçəngə çevrilmə ehtimalı da çox aşağıdır. Bu səbəbdən əlamət verməyən və qadınların həyatına mane olmayan miomalarda cərrahi əməliyyat tələb olunmur. Miomalar qadının hamilə qalmasına mane olursa, həddindən artıq böyümə göstərirsə, ətrafdakı orqanlara təzyiq göstərirsə, abort kimi problemlər yaradırsa və həddindən artıq qanaxmaya səbəb olursa, sağlamlıq baxımından cərrahi yolla çıxarılmalıdır. Bu şikayətləri aradan qaldırmaq üçün əməliyyat qaçınılmaz ola bilər. Şikayətlərin əksəriyyətinin əməliyyatdan sonra azaldığı müşahidə edilir. Şikayətlərə heç vaxt laqeyd yanaşılmamalıdır.
Mioma əməliyyatı neçə saat çəkir?
Mioma əməliyyatları qısa zaman sərf olunan bir cərrahi üsul olsa da, insandan insana fərqli ola bilər. Çünki mioma hər insanda eyni ölçüdə və sayda görülmür. Bundan əlavə, qapalı və açıq əməliyyatın müddəti də fərqlənir. Açıq mioma əməliyyatları adətən 1 saat çəkir. Qapalı mioma əməliyyatları təxminən 1,5-2 saat çəkir. Ancaq konkret zaman söyləmək düzgün olmazdı, çünki bu, insandan insana dəyişə bilər.
Azərbaycan Mioma Cərrahiyyəsi
Mioma əməliyyatı əksər əməliyyatlardan daha asan olsa da, uşaqlığı miomadan tam təmizləmək üçün onun etibarlı həkimlər tərəfindən aparılması vacibdir. Azərbaycanda mioma əməliyyatı edən çox uğurlu cərrahlar var. Əməliyyatın təcrübəli cərrah tərəfindən aparılması fəsadları minimuma endirir və sağalma prosesinə birbaşa müsbət təsir edir. Nə olursa olsun, bunun bir əməliyyat olduğunu unutmaq olmaz. Əməliyyatdan əvvəl ginekoloq cərrahı ətraflı araşdırıb seçmək qadın üçün çox faydalı olacaqdır.
Mioma əməliyyatı həssas bir iş və potansial risklərə sahib olduğu üçün diqqət tələb edən bir mövzu idi. Bu səbəbdən səhifəmizdə sizlər üçün “Mioma Cərrahiyyəsi” ilə bağlı bütün məsələlərdən bəhs etməyə çalışdıq . Biz Onkoginekoloq Qrupu olaraq bu prosesdə sizə dəstək olmağa çalışırıq.
Tez-tez soruşulan suallar
Mioma əməliyyatı hansı nahiyyədə aparılır?
Əsasən qarın boşluğunda kiçik kəsik aparılaraq icra edilir
Mioma əməliyyatından sonra qarın şişkinliyi nə qədər davam edir?
Təsadüflərin əksəriyyətində, 4-5 gün ərzində şişkinlik keçir
Mioma nə qədər böyüdükdə əməliyyat lazımdır?
Miomalar, ölçüsü adətən 6 sm-ə çatdıqda şikayətlərə səbəb olur. Buna görə də 6 sm və ondan böyük miomaların çıxarılması məsləhət görülür
Subay qızlarda mioma əməliyyatı necə aparılır?
Mioma əməliyyatı qarın boşluğunda kiçik kəsik aparılaraq icra edildiyi üçün subay qadınlarda əlavə problemə səbəb olmur.