Laparoskopik cərrahiyyə nədir?

Laparoskopik cerrahiyye nedir?

Laparoskopik cərrahiyyə, ənənəvi açıq cərrahiyyədən fərqli olaraq, dəridə böyük kəsiklərə ehtiyac olmadan qarın və çanaq nahiyəsinə daxil olmağa imkan verən bir cərrahi əməliyyat növüdür. Laparoskopik cərrahiyyə qarın bölgəsində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Bu cərrahiyyə növü  "minimal invaziv" , "qansız əməliyyat"  və ya “qapalı cərrahiyyə” kimi adlarla tanınır. İnkişaf edən və olduqca üstünlüyə malik bu cərrahi sistem sayəsində bu gün bir çox xəstəliklərə diaqnoz qoymaq və müalicə etmək mümkündür.

Ümumi anesteziya altında aparılan laparoskopik cərrahiyyədə bir neçə 0,5-1 sm kəsiklər edilir. Tibbi ədəbiyyatlarda bu kəsik insizyon kəsik də adlandırılır. Kəsiyə troakar adlı boru aləti daxil edilir. Prosedur zamanı troakarlardan xüsusi cərrahi alətlər və laparoskop kimi tanınan kamera keçir. Prosedurun əvvəlində, cərrah üçün iş və görüntüləmə sahəsi təmin etmək üçün qarın karbon qazı ilə şişirilir. 

Laparoskop qarın boşluğunda (və ya cərrahi əməliyyatın aparıldığı nahiyə) görüntünü monitorlara ötürür. Cərrah əməliyyat zamanı monitorda çanaq boşluğunun ətraflı təsvirlərinə baxaraq cərrahi əməliyyatı həyata keçirir. Bu sistem vasitəsilə cərrahın ənənəvi cərrahiyyədə olduğu kimi eyni əməliyyatları, lakin daha kiçik kəsiklərlə həyata keçirməsi təmin edilir.

Şübhəli və ya xəstə bir orqanın həkim tərəfindən çıxarılması üçün də istifadə edilən bu üsuldan həmçinin testlər üçün toxuma nümunəsinin alınması (biopsiya) kimi cərrahi prosedurları yerinə yetirmək üçün istifadə edilə bilər.

Laparoskopik əməliyyat niyə edilir?

Bu cərrahi əməliyyat çanaq və ya qarın boşluğunda bir problemə cərrahi olaraq diaqnoz qoymaq və müalicə etmək üçün istifadə olunur. Bu cərrahi əməliyyatın niyə edildiyi sualına cavab olaraq:

  • Kista, polip və ya absesin çıxarılması
  • Qanayan damarın kontrol edilməsi
  • Qan laxtasının çıxarılması
  • İltihablı öd kisəsinin çıxarılması
  • Yapışıqlıqların ləğvi
  • Boruların bağlanması və ya vazektomiya kimi prosedurlar
  • Diaqnostik cərrahiyyə (biopsiya)
  • Uşaqlığın çıxarılması (histerektomiya)
  • Xərçəng əməliyyatları
  • Mioma müalicəsi üçün

Bu cərrahi üsulu seçməyin bir çox səbəbi var. Məsələn, zədələnmənin ölçüsü  kiçik, lakin çanaq və ya qarın boşluğunda dərinlikdə yerləşərsə, laparoskopik cərrahiyyə həmin nahiyəyə çatmağın və ətrafdakı orqanlara daha az ziyan vurmağın ən yaxşı yolu ola bilər.

Laparoskopik əməliyyatdan sonra hər zaman ağrı minimal olur. Bir qayda olaraq qanaxma riski azdır. Laparoskopik cərrahiyyə həm də minimal fəsadlar və daha az infeksiya riskini təmin edir, həmçinin ümumi qulluq xərcləri və xəstəxanada qalma müddəti azdır.

Həkiminiz laparoskopik cərrahiyyənin müsbət və mənfi cəhətləri də daxil olmaqla, qarın və ya çanaq orqanlarınızın xəstəliklərini müalicə etmək üçün sizə uyğun üsulları seçəcək.

Laparoskopik cərrahiyyənin üstünlükləri nələrdir?

Laparoskopik cərrahiyyə ənənəvi əməliyyatlarla müqayisədə bir çox üstünlüklərə malikdir.

  • Çox kiçik çapıqlar qalır.
  • Xəstəxanada qalma müddəti daha azdır. Ənənəvi üsullarda xəstənin sağalma müddəti 4-8 həftə, xəstəxanada qalma müddəti 1 həftə və ya daha çox olduğu halda, bu üsulla sağalma müddəti 2-3 həftə, xəstəxanada qalma müddəti isə cəmi 2 gündür.
  • Daha az toxuma kəsilir
  • Yara sağalarkən, daha az ağrıya səbəb olur, ona görə də daha az ağrıkəsici istifadəsi tələb edir.
  • Normal həyata daha tez qayıtmaq mümkündür.
  • Çapıq kiçik olduğu üçün tez sağalma baş verir.
  • İnfeksiya riski azdır.

Laparoskopik Cərrahiyyənin Dezavantajları Nələrdir?

Laparoskopik cərrahiyyə xəstə üçün böyük üstünlük olsa da, hər cərrahi əməliyyatda olduğu kimi çatışmazlıqları da var:

  • Kiçik bir kəsik edildiyi üçün cərrahın hərəkət diapazonu məhduddur.
  • Dərin qavrayış zəifdir.
  • Cərrah toxumanı hiss etməkdə çətinlik çəkə bilər, ona görə də tətbiq edilməli olan qüvvəyə qərar verə bilməz.
  • Bu intuitiv deyil. Ciddi uzmanlıq tələb olunur. Proseduru həyata keçirəcək cərrahın güclü motor bacarıqlarına sahib olması vacibdir.

Laparoskopik Cərrahiyyənin Riskləri Nələrdir?

Laparoskopik cərrahiyyə istənilən cərrahi əməliyyatda qarşılaşa biləcəyimiz standart riskləri özündə ehtiva edir. Bu əməliyyatın həm də ənənəvi cərrahiyyə kimi ümumi olmayan əlavə riskləri vardır.

  • Ən ciddi risk qarın boşluğuna daxil edilərkən troakar yaralanmalarıdır. Bu tip zədə qarın divarının hematomasına, göbək yırtığına və göbək yarasının infeksiyalarına səbəb ola bilər.
  • Bədən kütləsi indeksi aşağı olan və ya daha öncə qarın boşluğundan əməliyyat keçirmiş insanlar bu tip zədələrə meyllidirlər. Bu xəsarətlər həyat üçün təhlükəlidir.
  • Nəzarət edilə bilməyən həddindən artıq qanaxma
  • Aşkar və bərpa edilməmiş zədələnmələr
  • Əməliyyat zamanı orqan və ya toxuma xəsarətləri
  • Kiçik cərrahi kəsiklər edildiyi üçün və kameradan asılılıq səbəbi ilə zədələnmə və ya qanaxma əməliyyat zamanı aşkar olunmaya bilər.

Laparoskopik əməliyyat müddəti nə qədər davam edir?

Bu cərrahi əməliyyatı tələb edən diaqnostik prosedurlar adətən 30 dəqiqə çəkir, lakin bəzən 40-50 dəqiqə çəkə bilir.

Müalicə tələb edən proses 1 ilə 3 saat arasında davam edə bilər.

Laparoskopik cərrahiyyə sonrası bərpa prosesi

Laparoskopik cərrahiyyədən sonra bərpa prosesi ənənəvi müalicə üsulları ilə müqayisədə çox sürətlidir. Prosedurdan sonra nəzarət altında qalmalısınız. Anesteziya tətbiq edildiyi üçün xəstə anesteziyanın təsirindən 3-4 saat sonra tək başına hərəkət edə bilər.

Prosedur zamanı karbon qazının daxil olması səbəbindən çiyin ağrısının olması normaldır. Ancaq xəstə adətən 24 saat içində və ya növbəti gün evə buraxılır. Gözlənilməz kəskin ağrı, qanaxma, infeksiya halında həkiminizə məlumat verməlisiniz.

Ginekologiyada Laparoskopik Cərrahiyyə

Laparoskopik cərrahiyyə ən çox aşağıdakı xəstəliklərin diaqnozu və müalicəsi üçün istifadə olunur:

  • Ginekologiya  - qadın reproduktiv sisteminə təsir edən şərtlər
  • Urologiya  - sidik-ifrazat sisteminə təsir edən şərtlər
  • Qastroenterologiya  - həzm sisteminə təsir edən şərtlər.

Bu sahələri laparoskopla müşahidə edərək, həkiminiz aşağıdakıları aşkar edə bilər:

  • Qarında kütlə, şiş
  • Qarın boşluğunda maye
  • Hər hansı bir qaraciyər xəstəliyi
  • Tətbiq edilən müalicələrin effektivliyi
  • Müəyyən bir xərçəngin inkişaf dərəcəsi
  • Onkoginekologiya sahəsinə daxil olan xəstəliklərin diaqnozu və mərhələləri

Bu cərrahi əməliyyatla əldə edilən nəticələr vasitəsilə qadın xəstəlikləri ilə bağlı aşağıdakılara diaqnoz qoymaq olar.

  • Yapışmalar (servikal yapışmalar)
  • Fibroidlər (miomalar)
  • Uşaqlıqda anormal böyümələr
  • Kistalar və ya şişlər
  • Xərçəng (uşaqlıq, yumurtalıq, uşaqlıq boynu)
  • Endometrium, zədələnmiş toxuma, uşaqlığın mukozasının xaricində böyüyən uşaqlıq
  • Çanaq orqanlarının iltihabi xəstəlikləri
  • Reproduktiv orqanların infeksiyaları

Azərbaycanda laparoskopik cərrahiyyə

Uzm.Dr.Əkbər İbrahimov Laparoskopik Cərrahiyyə sahəsində aşağıdakı kimi əməliyyatları icra edir:

  • Uşaqlıq və yumurtalıqları qoruyaraq endometrioz ocaqlarının laparoskopik çıxarılması
  • Uşaqlığın çıxarılması (laparoskopik histerektomiya)
  • Uşaqlıq və vaginanın sallanmasının müalicə olunduğu uroginekoloji çanaq boşluğu əməliyyatı
  • Yumurtalıq kistalarının çıxarılması
  • Fibroidlərin (miomaların) çıxarılması