“Ginekologiyada Diaqnostikadan Cərrahiyyəyə Yeni Baxışlar” elmi-praktik konfrans
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə, Elmi-Tədqiqat Mamalıq va Ginekologiya İnstitutu, Qadın Sağlamlığına Dəstək İctimai Birliyi, Ginekologiya va Perinatologiyanın inkişafına Dəstək Assosiasiyası, Avropa-Asiya Mamalıq va Ginekologiya Assosiasiyası təşkilatçılığı ilə “Ginekologiyada Diaqnostikadan Cərrahiyyəyə Yeni Baxışlar” elmi-praktik konfrans keçirilib.
Konqresdə Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasını Dr. Əkbər İbrahimov təmsil edib. Bakı şəhəri və regionlarla yanaşı, Türkiyə Respublikasından dəvət olunmuş professorlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələri müxtəlif mövzular üzrə elmi məruzələrlə çıxış edib.
Konqres çərçivəsində ginekologiyanın müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələr təşkil edilib.
Qeyd edək ki, konqresin məqsədi qadınların sağlamlığı naminə yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi olub.