Əkbər İbrahimov Danimarkada Azərbaycanı təmsil edib
Avropa və dünya onkologiyasının lokomotivlərindən sayılan Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin (ESGO's 27th European Gynaecological Oncology Congress, from February 26-28, 2026 in Copenhagen, Denmark) rəhbərliyi və təşkilatçılığı ilə bu il fevral ayının sonunda Danimarkanın Kopenhagen şəhərində ginekoloji orqanların bədxassəli şişlərinə həsr edilmiş beynəlxalq konqres keçirilib.
ESGO Avropanın ən nüfuzlu Onkoginekoloji Cəmiyyəti sayılır. İldə bir dəfə keçirilən, sayca 27-ci olan, dünyanın bütün ölkələrindən mindən çox tədqiqatçının iştirakı ilə keçirilən bu konqresdə məruzəçilərə elmi çıxış üçün dəvət məktubu göndərilir. Dünyanın müxtəlif ölkələrindən 3700 iştirakçı, 100-dən çox ölkədən məruzəçi seçilir.
Qeyd edək ki, Dünya konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin əməkdaşı Uzman Doktor Əkbər İbrahimov məruzəçi kimi təmsil edibdir.