Ektopik hamiləlik cərrahiyyəsi

Ektopik hamilelik cerrahiyyesi

Ektopik hamiləlik uşaqlıqdan kənarda inkişaf etmiş hamiləliyə deyilir. Uşaqlıdan kənar hamiləlik prosesini sonlandırmaq üçün əməliyyat tətbiq edilir. Normal şəraitdə mayalanmış yumurta hüceyrələr uşaqlıq borularının köməyi ilə uşaqlığa doğru hərəkət edir və implantasiya olunaraq hamiləlik baş verir. Ancaq bəzi hallarda  bu proses düzgün getmir və uşaqlıqdan kənar hamiləlik baş verir. Embrion müəyyən müddətdən sonra yerləşdiyi nahiyəni zədələyəcəyi üçün ektopik hamiləlik ən qısa zamanda sonlandırılmalıdır.

Ektopik hamiləlik cərrahiyyəsi nədir?

Ektopik hamiləlik əməliyyatının nə olduğunu və nə üçün lazım olduğunu maraqlananlara məlumat verəcəyik. İlk öncə ektopik hamiləlik gələcək anaların sağlamlığını riskə atan ən vacib problemlərdən biridir. Bu problem yarandıqda, gələcəkdə ana ölümü riski yaranır. Buna görə də, ektopik hamiləlik aşkar edildikdən sonra hamiləlik mümkün qədər tez sonlandırılmalıdır. Ektopik hamiləlik uşaqlıq borularına və ya reproduktiv orqanlara zərər verərsə, cərrahi müdaxilə tətbiq olunur.

Ektopik hamiləlik cərrahiyyəsi hansı üsullarla icra edilir?

Ektopik hamiləliyi sonlandırmaq üçün icra edilən əməliyyat açıq və ya qapalı olaraq həyata keçirilə bilər. Qapalı əməliyyat qarın boşluğdan 4 nöqtədə 1-2 sm ölçüsündə kəsiklər ilə həyata keçirilir.  Ancaq açıq əməliyyatda fərqlidir. Əməliyyatın açıq və ya qapalı olmasına xəstənin ümumi vəziyyətinə görə qərar verilir. Xəstənin  sağlamlığı üçün hansı üsul əlverişlidirsə, o üsul tətbiq edilir. Son illərdə daha çox qapalı əməliyyatlara üstünlük verilir.

Ektopik hamiləlik cərrahiyyəsi necə edilir?

Ektopik hamiləlik əməliyyatının necə aparıldığı məsələsi mühüm məsələdir. Çünki bir çox ana namizədlərini qorxudan vəziyyət və cərrahi müdaxilədir. Cərrahi müdaxilə qapalı və ya açıq şəkildə edilə bilər. Bundan əlavə, iki növ cərrahi üsul vardır. Əgər boru zədələnməyibsə, hamiləlik toxuması alınır və bu vəziyyətdə hamiləlik ehtimalı azalır. Borunun cırılıb, zədələndiyi hallada boru çıxarılır və hamilə qalma şansı 50%-ə qədər enir. Əgər ektopik hamiləlik hər iki boruda baş vermiş və borular zədələnibsə, hər iki borunun çıxarılması əməliyyatı tətbiq edilir. Təəssüf ki, hər iki borunun çıxarılması ilə həyata keçirilən bu əməliyyatda hamiləlik şansı tamamilə itirilmiş olur.

İnkişaf edən texnologiyalar sayəsində bu tip əməliyyatların demək olar ki, hamısı qapalı şəkildə həyata keçirilə bilər. Tətbiq ediləcək cərrahiyyə üsulu xəstələrin sağlamlıq vəziyyətinə uyğun olaraq qiymətləndirilib seçilir.

Ektopik hamiləlik cərrahiyyəsi sonrası vacib məqamlar

Ektopik hamiləlik əməliyyatından sonra diqqət edilməli bəzi vacib məqamlar vardır.

  • Ektopik hamiləlik əməliyyatından sonra xəstənin diqqət etməli olduğu ən vacib məsələlərdən biri infeksiyadır. İnfeksiyaya yoluxmamaq üçün yüksək səviyyədə gigiyenaya diqqət yetirilməlidir.
  • Əməliyyatdan sonra mütləq həkiminizin verdiyi dərmanlardan müntəzəm istifadə etməlisiniz.
  • Əməliyyatdan sonra bir müddət hovuz, dəniz, sauna kimi yerlərə getməməlisiniz.
  • Bəzi kontraseptiv həblərdən (hamiləlikdən qorunma həbləri) bir müddət istifadə edilməməlidir, çünki onlar yenidən ektopik hamiləlik riski yaradacaqlar.
  • Siqaret ektopik hamiləlik riskini artırdığı üçün bu müddətdə və sonrakı həyatınızda mümkün qədər uzaq durmağınız lazım olan pis bir vərdişdir.

Bakıda ektopik hamiləlik cərrahiyyəsi

Ektopik hamiləlik əməliyyatı Bakı kimi şəhərlərdə daha müvəffəqiyyətlə edilən mühüm bir əməliyyatdır. Bu əməliyyat üçün istifadə edilən üsullar nə qədər inkişaf etmiş olarsa, boruların çıxarılmaması ehtimalı bir o qədər yüksəkdir. Bu vəziyyətdə hamiləlik şansı hələ də davam edir. Buna görə xəstələrin əsas üstünlüyü qabaqcıl üsullar təklif edən təcrübəli həkimlər olmalıdır.

Dr. Əkbər İbrahimov ilə Ektopik Hamiləlik Cərrahiyyəsi

Ektopik hamiləlik əməliyyatı mövzusunda Dr. Əkbər İbrahimov sizə ən yaxşı şəkildə dəstək olur və uğurlu əməliyyatlar həyata keçirir. Sizlərə kömək edərkən, hamiləlik şansınızın bitməməsini təmin etmək məqsədilə əməliyyatı son dərəcə diqqətlə və xəstəyə özəl icra edir. Təcrübəsi və uzmanlığı ilə əməliyyatı sizin üçün daha təhlükəsiz üsullarla həyata keçirir.