Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin illik hesabatında Onkoloji Ginekologiya kitabına yer verildi

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) 2024-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və müvafiq elmi müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
İclasdan öncə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, həmçinin ali təhsil və tibb müəssisələrində 2024-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib. Sərgiyə baxış zamanı
akademik İsa Həbibbəyli Onkoloji Ginekologiya kitabına xüsusi diqqət yetirib, onun ilin əhəmiyyətli və faydalı elmi əsərlərindən biri olduğunu vurğulayıb.
Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra iclasda AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.
Təqdimat zamanı akademik İradə Hüseynova Onkoloji Ginekologiya kitabı haqqında qısa məlumat verib və müəllifləri təbrik edib. O, çıxışında həmin əsəri ilin mühüm elmi nəticələrindən biri hesab etdiyini iştirakçıların diqqətinə çatdırmışdır.