Onkoloji Ginekologiya kitabı sərgidə böyük diqqətə səbəb oldu

Onkoloji Ginekologiya kitabi sergide boyuk diqqete sebeb oldu

Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisində ATU-nun Onkologiya kafedrasının yeni kitabları maraqla qarşılandı.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Akademik Əhliman Əmiraslanov, Akademik Cəmil Əliyev, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Ali Attestasiya Komissiyasına sədr müavini, professor Nigar Ağayeva, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Elm və təhsil naziri Emin Əmrullayev, Akademik İradə Hüseynova, Akademik Nizami Cəfərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları müəllifi olduğumuz “Onkoloji Ginekologiya” monoqrafiyasına xüsusi diqqət yetiriblər.