Vaginal axıntı və qaşınma
Vaginal axıntı və qaşınma ; Demək olar ki, hər qadının qarşılaşdığı bir problemdir. Bu qıcıqlandırıcılar, infeksiyalar, müxtəlif kimyəvi məhsullar və ya menopauza səbəbi ilə yaranan narahat edən və bəzən ağrıya səbəb olan bir vəziyyətdir. Keçməyən vaginal axıntı müalicə tələb edir.
Vaginal axıntıya və qaşınmaya səbəb nədir?
“ Vaginal axıntıya və qaşınmaya səbəb nədir? ” “ Vaginal axıntı qaşınma yaradırmı? Suallarınızın cavabını bu yazıda sizə izah etməyə çalışacağıq.
Vaginal axıntı və qaşınmanın səbəbləri;
- Vaginal floranı poza bilən təmizləyici məhsulların istifadəsi (dəri pH-a uyğun olmayan intim yuma gelləri və ya vaginal duşlar)
- Cinsi yolla keçən xəstəliklər (məsələn, xlamidiya, qardnerella, gonoreya, HPV virus infeksiyası, genital herpes)
- Göbələklər
- Müxtəlif dəri xəstəlikləri (ekzema, psoriaz)
- Menopoz
- Stress
- Vulva xərçəngi
- Bakterial vaginoz
- İctimai tualetlərdən istifadə
Vaginal axıntı və qaşınma səbəblərinə əsasən axıntının rəngi dəyişə bilər.
Vaginal axıntı və qaşınma nə vaxt normaldır?
Vaginal axıntıya görə narahat olmazdan öncə gəlin vaginal axıntının normal hesab edildiyi vəziyyətlərə nəzər salaq. Xüsusilə estrogen səviyyələri yüksək olduğu təqdirdə vaginal axıntı normaldır. Aşağıdakı hallarda estrogen səviyyəsi yüksəkdir:
- Ovulyasiyadan bir neçə gün əvvəl
- Hamiləliyin ilk 2 həftəsində
- Menarxedən bir neçə ay əvvəl və hamiləlik zamanı (estrogen istehsalı artdıqda)
- Estrogen tərkibli və ya estrogen istehsalını artıran dərmanların istifadəsi ilə (bəzi doğuşa nəzarət həbləri)
Menstruasiya öncəsi vaginal axıntı və qaşınma
Menstruasiyadan əvvəl vaginal axıntı və qaşınma miqdarı insandan insana əhəmiyyətli dərəcədə dəyişə bilər. "Aybaşıya yaxın axıntı artarmı?" sualımıza bu yazıda cavab verəcəyik. Menstruasiyadan əvvəl və sonra vaginal axıntı, rəngi, miqdarı da aybaşı dövrünün günündən asılı olaraq dəyişə bilər.
- 1-5-ci günlər: Dövrün başlanğıcında, uşaqlığın selikli qişası soyulduğu üçün axıntı bir qayda olaraq qırmızı və ya qanlı olur. Bu, adət halıdır.
- 6-14-cı günlər : Bir müddət sonra insan adi haldan daha az vaginal axıntı hiss edə bilər. Yumurta inkişaf etməyə və yetişməyə başladıqda, uşaqlıq boynu seliyi ağ və ya sarı rəngli olur.
- 14-25-ci günlər : Ovulyasiyadan bir neçə gün öncə vaginal axıntı; Yumurta ağına bənzər nazik və sürüşkən olacaq. Ovulyasiyadan sonra axıntı yenidən ağ və ya sarı rəngli olur və bəlkə də yapışqan olur.
- 25-28-ci günlər : Vaginal axıntı azalacaq və növbəti menstruasiyadan əvvəl daha az axıntı olacaq.
Vaginal axıntı və qaşınmanın müalicəsi
Vaginal axıntının rənglərini izah etdiyimiz hissədə “ Vaginal axıntı və qaşınma hansı hallarda müalicə tələb edir? “Sualınıza cavab vermiş olacağıq.
Açıq rəngli axıntıya səbəb nədir?
Açıq rəngli vaginal axıntı olduqca normaldır, bu sürüşkən ola bilər və ya yumurta ağı konsistensiyasına malikdir.
Ovulyasiyadan əvvəl, cinsi akt və hamiləlik zamanı daha şəffaf, sürüşkən axıntı ola bilər. Hormonal disbalans da açıq rəngli axıntıya səbəb ola bilər.
Ağ rəngli axıntıya nə səbəb olur?
Ağ rəngli axıntıya səbəb olan sualın cavabı əksərən premenstural dövrlə bağlıdır . Bu normal sayılır. Ancaq ağ rəngli axıntı ilə birlikdə qaşınma və pis qoxu varsa, gecikmədən bir ginekoloqa müraciət edilməlidir. Qoxulu, ara-ara olan və qaşınma ilə müsayiət olunan vaginal axıntı göbələk və maya infeksiyasının əlaməti ola bilər.
Sarı rəngli axıntıya səbəb nədir?
Sarı rəngli axıntı ilə bərabər pis bir qoxu varsa, bu, infeksiya əlaməti ola bilər. Çox açıq sarı axıntı qidalanma dəyişikliklərində də görünə bilər. ?Ancaq sarı və ya yaşıl axıntı pis qoxu ilə müşayiət olunursa, cinsi yolla ötürülən xəstəliklərin səbəb olduğu infeksiyalar ola bilər və müalicə edilməlidir.
Çəhrayı axıntıya nə səbəb olur?
Menstruasiya əvvəli və ya erkən hamiləliyin əlaməti olaraq çəhrayı axıntıya səbəb olan suala cavab verə bilərik. Bəzi hallarda, çəhrayı axıntı hamiləlikdən əvvəl "implantasiya qanaxması" kimi görünə bilər. Çəhrayı axıntı cinsi əlaqə zamanı vaginada qıcıqlanma və yırtılma nəticəsində də ola bilər.
Boz rəngli axıntıya nə səbəb olur?
Boz rəngli axıntı bakterial vaginoz infeksiyasının əlamətidir . Boz axıntı ilə bərabər qıcıqlanma, pis qoxu və vaginal qaşınma varsa, vaxt itirmədən infeksiyanın müalicəsi üçün bir ginekoloqa müraciət edilməlidir.
Qəhvəyi rəngli axıntı
Qəhvəyi rəngli axıntı menstruasiyadan əvvəl və sonra qəhvəyi axıntı normal hesab edilə bilər. Qəhvəyi axıntı iki menstruasiya arasında baş verirsə , bu normal axıntı hesab olunmur.
Bu, ginekoloji xərçənglərin, cinsi yolla keçən xəstəliklərin və infeksiyaların xəbərçisi ola bilər. Mütləq müalicə olunmalıdır. Qəhvəyi rəngli axıntı olan xəstələrdə ümumiyyətlə çanaq müayinəsi, pap-smear testi və müxtəlif müayinələr aparılmalıdır.
Vaginal axıntıya və qaşınmaya səbəb nədir?
Vaginal axıntı bəzi hallarda qaşınmaya səbəb olur. Vaginal axıntı ilə bərabər qaşınma və pis qoxu müşahidə edilərsə, dərhal bir ginekoloqa müraciət etməlisiniz.
Vaginal axıntı və 1 həftədən çox davam edən qaşınma infeksiya əlaməti ola bilər. Daimi vaginal axıntı oldugu təqdirdə vaginal gigiyenik şərait olmaması qaşınmaya səbəb ola bilər.
Bakirə qızlarda ağ rəngli axıntıya səbəb nədir?
Bakirə qızlarda ağ rəngli axıntının səbəbləri arasında vaginal floranın pozulması və göbələk infeksiyası görünür. Ağ rəngli axıntı və göbələk infeksiyası , ictimai tualetdən istifadə etmək, ortaq mebeldən istifadə etmək və üzgüçülük hovuzlarından istifadə etmək kimi səbəblərdən də bakirə qadınlarda görülə bilər .
Vaginal axıntı və qaşınma hər gün olurmu?
Vaginal axıntı və qaşınma hər gün baş verə bilər. Ağ və ya şəffaf vaginal axıntı varsa və bu, pis qoxu və qaşınma kimi əlamətlərə səbəb olmursa, hər gün vaginal axıntının olması normaldır.
Gün ərzində aktivliyinizə səbəb olan idman, stress, yemək vərdişləri və digər hallarda hər gün vaginal axıntı ola bilər.
Əgər sizdə vaginal axıntı və qaşınma əlamətləri varsa, vaxt itirmədən Onkoginekoloqa müraciət etməyiniz tövsiyyə olunur.