Onkoloji Ginekologiya

Onkoloji Ginekologiya

Kitab haqqında

Ginekoloji orqanların bədxassəli şişləri bütün onkoloji xəstəliklərin təqribən 15%-ni təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Xərçəng Statistikasının 2022-ci ildəki məlumatlarına əsasən qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinə görə dünyada hər il 1,4 milyon yeni xəstələnmə, 700 min ölüm hadisəsi qeydə alınır. Qeyd edilənlər onkoginekoloji problemlərin həm tibbi, həm də sosial-iqtisadi nöqteyi-nəzərdən böyük aktuallıq kəsb etdiyini göstərir. Buna görə də ginekoloji onkoloji xəstəliklərin erkən mərhələdə diaqnostikası və uğurlu müalicəsi bədxassəli şişlərə qarşı mübarizədə prioritet istiqamətlərdən olub, onkoginekologiya sahəsində müasir elmi biliklərə malik kadr hazırlığını şərtləndirir. Bu isə onkoginekologiyaya dair daim yenilənən ədəbiyyatların olması sayəsində mümkündür. Buna görə onkoginekologiya haqqında tədris ədəbiyyatının yazılmasını zəruri hesab etdik. 
Monoqrafiyada qadın cinsiyyət orqanlarının cərrahi anatomiyası, bütün ginekoloji xərçənglərin epidemiologiyası, etiologiyası, patogenezi, patoloji anatomiyası, yayılması və metastazverməsi, mərhələlər üzrə təsnifatı, klinikası, diaqnostikası, müalicəsi, həmçinin cərrahi texnikalar, sitoreduksiya prosedurları və hipertermik intraperitoneal kimyəvi terapiya kimi məsələlər ədəbiyyat məlumatları, elmin son nailiyyətləri və şəxsi təcrübəmiz əsasında ətraflı işıqlandırılmışdır. Kitab çoxsaylı şəkil, cədvəl və qrafiklərlə illüstrasiya edilmişdir. Kitabda verilmiş şəkillərin əksəriyyəti şəxsi klinik təcrübəmiz zamanı əldə edilmişdir. 
Kitab haqqında rəy və təkliflərini bildirən oxuculara öncədən minnətdarlığımızı bildiririk.

 

Müəlliflər

Əhliman Tapdıq oğlu Əmiraslanov

Abuzər Yusif oğlu Qazıyev

Əkbər Mirzə oğlu İbrahimov

Rəyçilər

Cəmil Əliyev – akademik

Cəmilə Qurbanova – tibb elmləri doktoru, professor

Elmi redaktor

Əkbər İbrahimov

Bədii redaktor

Fidan Novruzova, Aygün Həsənova

Texniki redaktor

Türkan Novruzova

Qrafik və dizayn

Camaldin İsayev, Həsən Turan Xəlilov

Korrektorlar

Türkan Novruzova, Fidan Novruzova, Elmdar İbrahimli, Asim Arazov

 

Kitab haqqında rəylərinizi buradan göndərə bilərsiniz:

mail yazın