Dr. Əkbər İbrahimov
Onkoginekoloq
Uzman dr. Əkbər İbrahimov uşaqlıq, yumurtalıq, uşaqlıq boynu və vulva xərçəngi cərrahiyyəsi ilə məşğul olan cərrah-onkoginekoloqdur.
O, Türkiyə Cümhuriyyətinin ən öndə gələn mərkəzlərində təhsil alıb və çalışmışdır. Hacettepe Universitetində 2012-2017-ci illər arasında onkoginekoloq kimi aktiv çalışmışdır.
2017-ci il iyun ayından etibarən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında müəllim və onkoginekoloq kimi çalışır. Hazırda açıq və laparoskopik üsulla ginekoloji və onkoginekoloji bütün əməliyyatları həyata keçirir.