
Onkoloji Ginekologiya
Kitab haqqında
Monoqrafiyada qadın cinsiyyət orqanlarının onkoloji xəstəlikləri geniş şərh edilmişdir. Burada onkoginekoloji xəstəliklərin epidemiologiyası, etiologiya və patogenezi, yayılma və metastazverməsi, klinikası, diaqnostika və müalicə məsələləri geniş izah edilmiş, həmçinin klinik anatomiya, cərrahi texnikalar, sitoreduktiv prosedurlar və hipertermik intraperitoneal kimyəvi terapiya haqqında ətraflı məlumat verilmiş və müasir klinik onkoginekologiyanın digər aktual məsələləri işıqlandırılmışdır. Kitab çoxsaylı şəkil, cədvəl və qrafiklərlə illustrasiya edilib, elmin son naliyyətlərini özündə əks etdirir.
Monoqrafiyadan onkoloqlar, onkoginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan mütəxəssislər, onkologiya ixtisası üzrə doktorantura və rezidentura təhsili alan, təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində onkoginekoloji xəstəliklərlə rastalaşan həkimlər istifadə edə bilər.
Bu monoqrafiya orijinallığına, irihəcmliliyinə, onkoginekologiyanın müxtəlif bölmələri ilə bağlı işıqlandırılmış məsələlərin əhatəliliyinə, eləcə də təhlil edilmiş ədəbiyyat məlumatlarının həcminə görə onkoloji ginekologiyaya dair Azərbaycan dilində ilk dəfə yazılmış irihəcmli orijinal əsərdir. Ümid edirik ki, monoqrafiya onkoloqlar, onkoginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan mütəxəssislər, bu sahədə elmi-tədqiqat işləri aparan əməkdaşlar, onkologiya ixtisası üzrə rezidentura və doktoranturada təhsil alan həkimlər və təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində onkoginekoloji xəstəliklərlə rastlaşan həkimlər üçün faydalı olacaqdır.
Kitab haqqında rəy və təkliflərini bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.
Müəlliflər
Müəlliflər
Əhliman Tapdıq oğlu Əmiraslanov
Abuzər Yusif oğlu Qazıyev
Əkbər Mirzə oğlu İbrahimov
Rəyçilər
Cəmil Əliyev – akademik
Cəmilə Qurbanova – tibb elmləri doktoru, professor
Elmi redaktor
Mehmet Coşkun Salman – Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Onkoloji Ginekologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor
Bədii redaktorlar
Fidan Novruzova, Aygün Həsənova
Texniki redaktor
Türkan Novruzova
Qrafik və dizayn
Həsən Turan Xəlilov, Fidan Novruzova
Korrektorlar
Türkan Novruzova, Fidan Novruzova, Asim Arazov
ISBN: 978-6255-542-07-6 (paperback)
978-6255-542-08-3 (ebook)
Kitab haqqında rəylərinizi buradan göndərə bilərsiniz: