Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən "Uşaqlıq boynu patologiyalarının birincili və ikincili profilaktikası üzrə klinik protokol" tərtib edilib

Azerbaycan Respublikasi Sehiyye Nazirliyi terefinden "Usaqliq boynu patologiyalarinin birincili ve ikincili profilaktikasi uzre klinik protokol" tertib edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 may 2025-ci il tarixli 3-28/3-1-197/2025 nömrəli əmri ilə "Uşaqlıq boynu patologiyalarının birincili və ikincili profilaktikası üzrə klinik protokol" tərtib edilib. Protokolun tərtibçi heyətində uzman doktor, onkoginekoloq Əkbər İbrahimov iştirak etmişdir.
Protokol, əsasən, mama-ginekoloq, həmçinin ailə həkimləri, onkoloqlar, sahə pediatrları və terapevtləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: 21-65 yaş arası qadınlar.
Protokolun məqsədi:
Uşaqlıq boynu xərçənginin aradan qaldırılması;
Qadınlarda uşaqlıq boynu xərçənginin və digər insan papilloma virusu (HPV) ilə əlaqəli xərçənglərin, o cümlədən xərçəngönü proseslərin profilaktikası;
Tibb işçilərinin uşaqlıq boynu xərçənginin profilaktikasına dair bilik və bacarıqlarını artırmaqla əhalinin 9-26 yaş arası populyasiyasını vaksinasiyaya cəlb etmək.