Uşaqlıq boynu patologiyalarının birincili və ikincili profilaktikası üzrə klinik protokol

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26 may 2025-ci il tarixli 3-28/3-1-197/2025 nömrəli əmri ilə "Uşaqlıq boynu patologiyalarının birincili və ikincili profilaktikası üzrə klinik protokol" tərtib edilib.
Protokol, əsasən, mama-ginekoloq, həmçinin ailə həkimləri, onkoloqlar, sahə pediatrları və terapevtləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: 21-65 yaş arası qadınlar.
Protokolun məqsədi:
Uşaqlıq boynu xərçənginin aradan qaldırılması;
Qadınlarda uşaqlıq boynu xərçənginin və digər insan papilloma virusu (HPV) ilə əlaqəli xərçənglərin, o cümlədən xərçəngönü proseslərin profilaktikası;
Tibb işçilərinin uşaqlıq boynu xərçənginin profilaktikasına dair bilik və bacarıqlarını artırmaqla əhalinin 9-26 yaş arası populyasiyasını vaksinasiyaya cəlb etmək.

Klinik protokolun tərtibçi heyəti:
Aynurə Zeynalova – Səhiyyə Nazirliyinin “Səhiyyə siyasəti” şöbəsinin “Ana və uşaqların sağlamlığının qorunması” sektorunun müdiri
Əkbər İbrahimov  –  Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru
Nigar Axundova  –  Səhiyyə Nazirliyinin mama-ginekologiya üzrə ekspert mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru
Kəmalə Rüstəmova  –  Ailə Planlanması mərkəzinin “Kolposkopiya” şöbəsinin rəhbəri, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkimi
Gülnarə Rzayeva  –  Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun reproduktiv şöbəsinin həkimi
Səbinə Babazadə  –  Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini
Billurə Yusifova  –  İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri
Texniki redaktorlar:
Fidan Novruzova, Aygün Həsənova, Turan Xəlilov
Rəyçi:
Leyla Rzaquliyeva  – Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu “Mama-ginekologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor
Elmi redaktor:
Melahat Atasever  –  Türkiyə Cümhuriyyəti Medipol Universitetinin Tibb Fakultəsinin professoru və AAGOD-in (Avropa Asiya Ginekologiya və Mamalıq Assosiasiyası) rəhbəri.