AMEA-da iclasında Əkbər İbrahimovun 2025-ci ildəki elmi fəaliyyətindən bəhs edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2025-ci il üzrə illik hesabatlarına həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, eləcə də Səhiyyə, Kənd təsərrüfatı nazirliklərinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən müvafiq elmi müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında Əkbər İbrahimovun 2025-ci ildəki elmi fəaliyyətindən də bəhs edib. Əkbər İbrahimovun 2025-ci ildə müəllifi olduğu 1 monoqrafiya, 1 protokol, 1 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası, 9-u Web of Science (WoS), 7-si Scopus, 1-i Ulakbim/TUBİTAK, 1-i isə eyni zamanda Springer kimi beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda dərc edilmiş məqaləsi işıq üzü görmüşdür.
