Yumurtalıq xərçəngi və Müalicəsi. Nələrə diqqət edilməlidir ??

Yumurtalıq xərçəngi olan xəstələrə əsasən 2 tip yanaşma mövcuddur
A -Neo-adyuvant kimyəvi dərman müalicəsi (KDM): Xəstəyə >4 kurs Neo -adyuvant KDM ilə başlanır, sonra cərrahi əməliyyat (İnterval Sitoreduktiv Cərrahiyyə ) icra olunur.
B – Cərrahi əməliyyat (Birincili Sitoreduktiv Cərrahiyyə) : Xəstə öncəliklə əməliyyat olunur, tumor cərrahi kontrol altına alınır, daha sonra adyuvant KDM təyin olunur .
Hazırda mövcud çalışmaların (Vergote I, N Engl J Med. 2010) nəticələrində Neo-adyuvant KDM alan xəstələrin nəticələrinin Birincili sitoreduktiv cərrahi keçirən xəstələrin nəticələrindən geri qalmadığı göstərilmişdir.
A. Yumurtalıq xərçəngi olan xəstələrdə nə zaman Neo-adyuvant KDM verilməli ?
1.Gecikmiş mərhələdə (3. və 4. Mərhələ) epitelial yumurtalıq xərçəngi
– Peritoneal karsinomatozis
– Diafraqmatik xəstəlik, Qaraciyərdə metastaz varlığı
– Üst abdomendə bulky (> 1-2cm) xəstəlik
– unrezektable xəstəlik (Nazik bağırsaq müsariqəsinə invaziya , Mədə vəya yoğun bağırsağın yayqın infiltirasiyası və b.)
2.Əməliyyat üçün uygun olmayan xəstələr
– İrəli yaş
– Yanaşı Xroniki somatik xəstəliklər
– Hipoalbuminemiya və qidalanması yetərsiz olanlar
– Bədən kütlə indeksi
– Massiv Assi t (> 1000 mL)
– Yeni diaqnoz qoyulmuş venoz tromboembolizm
B. Birincili Sitoreduksiya (PRIMARY CYTOREDUCTION)
Sitoreduktiv cərrahiyyə yumurtalıq xərçənginin müalicəsinin təməl daşıdır.
Sitoreduktiv cərrahiyyə ilə xəstəlikdən ümumi sağqalımda uzanma əldə edilmişdir.
Sitoreduksiya proseduru 3 şəkildə bitə bilər.
1. Komplet (Maksimal) sitoreduksiya – əməliyyatın sonunda gözlə görünür şiş toxuması qalmır.
2. Optimal Sitoreduksiya – əməliyyatın sonunda qalan tümör <1 cm olur 3. Suboptimal sitoreduksiya – əməliyyatın sonunda geridə qalan tümör >1cm olur
Birincili sitoreduksiyanın digər avantajları da var
– Cərrahi ilə tümör yükü azaldığı üçün əməliyyat sonrası verilən kimyəvi dərman müalicəsinə optimal cavab
əldə edilməsi daha sıxdır (mexanizmi məlum)
– Böyük törəmələrin çıxarılması ilə xəstənin simptomlarında və həyat keyfiyyətində sürətli düzəlmə olur.