skip to Main Content
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası

Xərçəng Xəstəliyi və Cinsi Sağlamlıq. Xərçəng xəstəliyi cinsi həyatınıza nece təsir ede bilər ?

Xərçəng Xəstəliyi Və Cinsi Sağlamlıq. Xərçəng Xəstəliyi  Cinsi Həyatınıza Nece Təsir Ede Bilər ?

Xərçəng xəstəliyi və cinsi sağlamlıq

Xərçəngin müalicəsindən sonra seks fiziki və emosional aspektlərdən fərqlilik göstərə bilər. Sən və partnerin müəyyən düzəlişlər etməli ola bilərsiniz, lakin, hələ də intim əlaqədən həzz ala bilərsən.

Bir çox qadının xərçəngdən qurtulduqdan dərhal sonra cinsi əlaqəyə girməyin təhlükəsiz olub-olmadığına dair tərəddüdləri olur. Ən doğru cavab həkimindədir.

Əgər cərrahi əməliyyat keçirmisənsə, seks tikişləri zədələyə bilər, ona görə də bir müddət gözləməkdə fayda var. Hər hansısa qanama ehtimalı da digər narahatçılıqdır. Bəzi xərçəng müalicələri (Şüa müalicəsi, Kimyəvi dərman müalicəsi) immun sisteminə müdaxilə edə və səni infeksiyalara qarşı daha həssas edə bilər.

Şüa müalicəsi alan qadınlar şüanın partnerlərinə keçə biləcəyindən narahatdırlar. Ən yaxşısı bu haqda həkimlə danışmaqdır. Ümumilikdə isə, əgər radiasiya bədəninin xaricində bir aparatdan gəlirsə, bədənində heç bir şüa qalmır. Bu halda narahatçılığa səbəb yoxdur.

Partnerinlə danış

Sağlamlığındakı dəyişikliklər səni narahat edirsə, bunları partnerinlə paylaş. Birlikdə müzakirələr aparıb, cinsi repertuarınız üzərində işləyə bilərsiniz. Ehtiraslanma, orqazm üçün zamana ehtiyacın ola bilər, partnerinə gözləntilərindən bəhs et. Partnerin səni incitməkdən və ya nəyisə səhv edəcəyindən qorxa bilər. Bu haqda onu məlumatlandır.
Nədən həzz aldığını ona de.

Terapiya dəstəyi al

Tək deyilsən. Süd vəzi xərçəngi və digər xəstəliklərdə depressiya və təşviş əksərən rastgəlinən problemlərdir. Cinsi sağlamlığa təsiri də danılmazdır. Dəstəyə ehtiyacın olduğunu düşünürsənsə cütlük konsultasiyası və cinsi terapiya almaq münasibətində yaxşılaşmalara kömək edəcəkdir. Unutma, cinsi həyatın xərçəngdən əvvəl sənin üçün əhəmiyyətli idi. İndi də əhəmiyyətli olmamağı üçün bir səbəb yoxdur. Xərçəng xəstəliyi və müalicəsi sağlam və doyurucu cinsi həyatının olmağına əngəl deyil.

Şəbnəm Sadıqova
www.shebnemsadigova.com

Back To Top