skip to Main Content
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası

Uşaqlıq Boynu Xərçəngi (cervical cancer)

Uşaqlıq Boynu Xərçəngi (cervical Cancer)

Uşaqlıq Boynu Xərçəngi Dünya miqyasında qadınlar arasında ən çox görülən bədxassəli şişlər arasında Dördüncü sıradadır.

2012 ci ildə Dünyada 528.000 xanıma  Uşaqlıq Boynu Xərçəngi diaqnozu qoyulmuş, 266.000 xanım isə dünyasını dəyişmişdir.

Təəssüf ki, hər iki dəqiqədən bir bu səbəbdən 1 xanım dünyasını dəyişir.

Digər onkoginekoloji xəstəliklərdən fərqli olaraq daha gənç yaşlarda (44-49 yaş arası) rast gəlinir.

Xəstəliyin daha çox Yastı hüceyrəli (70%)  və  Adenokarsinoma (25%) histoloji tipləri rast gəlinir.

Bu xəstəliyin əmələ gəlməsində mühüm rol oynayan faktor İnsan Papilloma Virusudur (HPV).Belə ki, bu xəstəlik zamanı HPV virusunun aşkarlanma ehtimalının  99.7% olduğu məlumdur.

Digər risk faktorları isə

  • Erkən yaşda cinsi aktivliyə başlamaq
  • Bir neçə cinsi partnyorun olması
  • Çoxlu cinsi partnyoru olan kişilərin daimi partnyoru olmaq
  • İmmuniteti zəiflədən yanaşı ciddi xəstəliklərin olması  (məsələn HİV )
  • Cinsi yolla keçən digər xəstəliklərin əvvəlcədən mövcud olması
  • Müntəzəm Siqaret çəkilməsi
  • Xəstəlik erkən mərhələdə çox zaman heç bir əlamət vermədən gedir.İrreqular vəya ağır vaginal qanama vəya postkoital qanama ən çox rast gəlinən əlamətləridir.
    Xəstəliyin diaqnozu ginekoloji müayinə və uşaqlıq boynu biyopsiyasından sonra qoyulur.

Bu cür kifayət qədər ağır problem olduğundan  müalicədən əvvəl Xəstəliyin Mərhələsi diqqətli şəkildə təyin edilməlidir.

Xəstəliyin Erkən mərhələ, Yerli Yayılmış və Metastatik qrupda olduğu yalnız düzgün mərhələləndirmədən sonra bəlli olur.

Back To Top