Uşaqlıq Boynu Xərçəngi (cervical cancer) necə başlayır ?

🚻 Xəstəliyin əmələ gəlməsində ən önəmli faktor
İnsan Papilloma Virusudur (HPV)
🚫 Digər risk faktorları isə :
Erkən yaşda cinsi aktivliyə başlamaq
Bir neçə cinsi partnyorun olması
Çoxlu cinsi partnyoru olan kişilərin daimi partnyoru olmaq
İmmuniteti zəiflədən yanaşı ciddi xəstəliklərin olması (məsələn HİV )
Müntəzəm Siqaret çəkilməsi
‼️Xəstəlik erkən mərhələdə çox zaman heç bir əlamət vermədən gedir
❗️ İrreqular vəya ağır vaginal qanama vəya postkoital qanama ən çox rast gəlinən əlamətləridir
🔬 Xəstəliyin diaqnozu ginekoloji müayinə və uşaqlıq boynu biyopsiyasından sonra qoyulur
🆘 müalicədən əvvəl Xəstəliyin Mərhələsi diqqətli şəkildə təyin edilməlidir