Əkbər İbrahimov

Onkoginekoloq

(Ginekologiya, Onkoginekologiya və Laporoskopik cərrahiyyə üzrə mütəxəssis)

Diplomlarım

Tərcümeyi-hal

  • 2005-ci ildə Azərbaycan Tibb Universitetində müalicə işi fakültəsində tibb təhsilinə başlamışdır.
  • Tələbəlik illərində 2009-cu ildə ATU-da Tibb Tələbələri arasında keçirilən Olimpiyada Birinci Yer qazanaraq fəxri diplom və mükafata layiq görülmüşdür.
  • ATU-dan 2011-ci ildə  Fərqlənmə Diplomu ilə məzun olan Əkbər İbrahimov 2012-ci ildə Türkiyə Cümhuriyyətində keçirilən TUS (Tıpta Uzmanlıq Sınavı) imtahanı vasitəsi ilə ilk seçimi olan TC Hacettepe Üniversiteti Ginekologiya və Ginekoloji Onkologiya kafedrasında uzmanlıq ixtisasına başlamışdır.
  • 2017-ci ilin May ayında Isolated Paraaortic Lymph Node Metastasia Frequency In Surgical Staged Endometrioid Type Endometrium Carcinoma mövzulu elmi işini təqdim edərək uzmanlıq ünvanını qazanmışdır.
  • Təhsilini 01.04.2015 və 01.04.2017 tarixləri arasında Hacettepe Üniversiteti Ginekoloji Onkoloji cərrahiyyəsi şöbəsində davam etdirmişdir.
  • 2017-ci ilin Aprel ayından Avropa Ginekoloji Onkoloji (ESGO) və Avropa Gənc Onkoginekologlar (ENYGO) Cəmiyyətinin həqiqi üzvüdür.
  • 2017-ci ilin İyun ayından etibarən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında çalışır.
  • Hal-hazırda Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında Onkologiya kafedrasının doktorantı kimi fəaliyyət göstərir.
  • 19-22 fevral 2020 tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq 3. Minimal İnvaziv Ginekoloji Onkoloji Cərrahi Konqresində iştirak edib. Ə. İbrahimov konqresdə uşaqlıq cisminin xərçənginə görə icra etdiyi “Çanağın Laparoskopik Limfodisseksiyası” əməliyyatının videosu ilə məruzə edib. Onun məruzəsi böyük marağa səbəb olub.
  • Ə. İbrahimov onkoginekoloqlar arasında keçirilən “O video Türkiyə” müsabiqəsində ən yüksək bal alaraq birinci yerə layiq görülüb
  • Beynəlxalq jurnallarda dərc edilmiş 10 məqalənin müəllifidir.

Qatıldığı konqres və kurslar

  1. ESGO 2016 State of the Art conference: Prevention in Gynaecological Malignancies, Belek in Antalya, Turkey September, 2016
  2. Middle East and Turkish Gynecologic Oncology Joint Meeting, Holiday INN Hotel Ankara, Turkey February, 2016
  3. Canli Domuzlar Üzerinde Geçirilen Pratik Uygulamali İreli Laparoskopik Cerrahi Kursu, Acibadem Üniversitesi İstanbul, Türkiye Ekim 2016
  4. Jinekolojik Laparoskopi KADAVRA KURSU Acibadem Üniversitesi İleri Düzey Endoskopik Cerrahi Merkezi, CASE Eğitim Merkezi, İstanbul, Türkiye, Aralık 2016
  5. Jinekolojik Onkoloji Cerrahisinde İleri Endoskopik Yaklaşımlar Kursu, Ankara Üniversitsesi Tıp Fakültesi, Haziran 2015, Ankara, Türkiye
  6. Jinekolojik Endoskopi Derneği Orta-İleri Düzey Laparoskopi Kursu Etlik Zübeyde Hanım Kadın Hastalıkları, EAH, Şubat 2015, Ankara, Türkiye
  7. 15.Ulusal Jinekolojik Onkoloji Kongresi, Antalya, Türkiye, Aralık 2016
  8. Kolposkopi Kursu, Antalya, Türkiye 30 Kasım-04 Aralık 2016
  9. Endoskopik Cerrahi Kursu, Antalya, Türkiye, Kasım-Aralık 2016