skip to Main Content
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası

Bu gün 8 may Yumurtalıq Xərçəngi Günüdür// TODAY MAY 8, 2019 IS WORLD OVARIAN CANCER DAY

Bu Gün 8 May Yumurtalıq Xərçəngi Günüdür// TODAY MAY 8, 2019 IS WORLD OVARIAN CANCER DAY

Yumurtalıq xərçəngi nədir? əlamətləri nələrdir ?

– Qadınlarda rast gəlinən bədxassəli şişlərin təxminən 4%- i yumurtalıq mənşəli şişlərdir.İkinci ən çox rast gəlinən ginekoloji bədxassəli şişlərdir.

– Dünyada hər il 295.000-dən çox qadın yumurtalıq xərçəngi diaqnozu almaqdadır.184.000 Xanım bu xəstəlikdən dünyasını dəyişir.

(Amerikada hər il 22.000 yeni diaqnoz və 14.000 ölüm bildirilməkdədir)

Yumurtalıq xərçənginin aşağıdakı əlamətlərini bilmək xəstəlikdən erkən şübhələnmək baxımından faydalı olabilər.

Qarında şişkinlik

Qasıq və ya qarın ağrısı

İştahsızlıq və ya Erkən doyma hissi

Sidik simptomları (təcili və ya sıx sıx sidiyə getmə ).

– Xəstələrin 85%-i 50 yaş üzərindədir .

– Bir qadının yaşam boyu ymurtalıq xərçənginə yaxalanma ehtimalı 1.8%-dir (Təxminən 1/70 )

-Çox təəssüfki hələ də effektiv screening (tarama ) strategiyası mövcud deyil, dolayısıyla xəstələrin 75 %-i həkimə gecikmiş mərhələdə müraciət edir.

Belə durumlarda cərrahi rezeksiya və adyuvant kimyəvi dərman müalicəsi lazımdır.

Back To Top