skip to Main Content
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası

Bədxassəli şişlər haqqında qısa məlumat.

Bədxassəli şişlər Haqqında Qısa Məlumat.
  1. Sual : Onkoloji xəstəliklərin dünya səhiyyəsindəki bu qədər ciddi problem olması nədən qaynaqlanır?

Bütün dünya üzrə  qlobal kanser statistikasının 2018-ci ildə verdiyi yeni raportda 18 milyon yeni xəstələnmə halı, 9.6 milyon isə ölüm hadisəsi bildirilmişdir.  Əlbəttə ki, bu rəqəmlər məsələnin nə qədər ciddi olduğunu ifade etməyə yeterlidir.

  1. Bəs dünyada ən çox rast gəlinən onkoloji xəstəliklər hansılardır ?

Yenə də qlobal kanser statistikasına istinad etsək, qadın və kişi cinsiyyətini ayırmadan birlikdə baxdığımızda ən çox rast gəlinən bədxassəli şişlər aşağıdakılardır :

  1. Ağciyər xərçəngi : 11.6 %
  2. Süd vəzi xərçəngi: 11.6 %
  3. Yoğun bağırsaq (kolorektal) xərçəngi : 10.2%
  4. Prostat xərçəngi : 7.1%
  5. Mədə xərçəngi: 5.7%

Əgər bədxassəli şişlərin ölüm göstəricilərinə görə müqayisə edərsək sıralama aşağıdakı kimi olacaqdır:

  1. Ağciyər xərçəngi : 18.4 %
  2. Yoğun bağırsaq (kolorektal) xərçəngi : 9.2%
  3. Mədə xərçəngi: 8.2%
  4. Qaraciyər xərçəngi: 8.1%
  5. Süd vəzi xərçəngi: 6.6 %

 

3.sual. Bədxassəli şişlərin yaranmasında rol oynayan risk amilləri hansılardır ? Ümumiyyətlə bədxassəli şişlərin yaranmasında günahlandırılan faktorların 90%-i xarici mühüt amilləri, 10%-i isə irsi-genetik amillərdir.

İrsi –genetik amilərlə əlaqəli olan bədxassəli şişlərə misal olaraq  süd vəzi xərçəngi, qalxanabənzər vəzinin xərçəngi, yumurtalıq xərçəngi, yoğun bağırsaq xərçəngi və maliqn melanomanı misal göstərə bilərik.

Xarici mühit amillərini isə aşağıdakı kimi qruplaşdırmaq olar :

  • Siqaretçəkmə : 18 %
  • İnfeksiyalar : 17 % (İnsan papilloma virusu, Hepatit B və C virusları, Helicobacter pylori infeksiyası )
  • Qidalanma faktorları: 30-35%
  • Piylənmə : 20%
  • Alkoqol istifadəsi: 4-6%

 

  1. Bədxassəli şişlərdən necə qorunmaq olar? Hansı profilaktika üsulları tövsiyyə olunur ?

Ümumilikdə baxdığımızda birincili, ikincili və üçüncülü profilaktika ayırd edilmişdir.

Birincili profilaktikada hədəf xərçəngin yaranmasının qarşısını almaqdır:

  • Siqaretdən uzaq durmaq
  • Müntəzəm idmanla məşqul olmaq
  • Diyetada meyvə-tərəvəzi bol etmək , qırmızı əti azaltmaq
  • Günəş şüalarından qorunmaq
  • Alkoqoldan məhdud istifadə
  • Hepatit B və Human papilloma virusuna qarşı peyvənd olmaq

İkincili profilaktikada hədəf şikayətləri olmayan xəstələrdə erkən diaqnozun qoyulmasıdır : Bu skrininq proqramı da adlanır.

  • Süd vəzi xərçəngi : Mamoqrafiya
  • Uşaqlıq boynu xərçəngi : Pap smear testi
  • Yoğun bağırsaq xərçəngi: Kolonoskopiya
  • Prostat xərçəngi : Prostat spesifik antigen
  • Maliqn melanoma: dəri müayinəsi

   Üçüncülü profilaktikada əsas hədəf xərçəng xəstələrində yaşama müddətini və keyfiyyətini artırmaqdır.

  1. Hal- hazırda bədxassəli şişlərin müalicəsində nəyə üstünlük verilir ? Hansı müalicə metodları standart kimi tövsiyyə olunur?

Əlbəttə ki, müalicə üsulunun seçilməsi xəstəliyin yerləşdiyi orqandan, mərhələsindən, yayılmasından və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişə bilər. Ancaq ümumilikdə aşağıdakı üsulları qeyd edə bilərəm:

  • Cərrahi müalicə
  • Şüa müalicəsi
  • Kimyəvi terapiya
  • Hədəf terapiya
  • Hormonal terapiya
  • İmmun terapiya

 

 

 

Back To Top