Bartolin kistası əməliyyatı
Bartolin kistası vulva və vaginanın girişində iltihabın meydana gəldiyi bir vəziyyətdir. Bu yazıda cinsi yolla keçən xəstəliklər nəticəsində yaranan bartolin kistası haqqında tez-tez verilən suallara uyğun olaraq sizə məlumat vermək istədik.
Bartolin kistası nədir?
Bartolin vəziləri vaginal girişin (cinsiyyət dodaqlarının yaxınlığında) hər iki tərəfində yerləşir. Cinsi əlaqə zamanı vaginanın nəmliyini təmin edən maye ilə dolu bartolin vəzilərinin tıxanması halında şişkinlik əmələ gəlir və bu da bartolin kistasına (absesə) səbəb olur.
Bartolin kistaları;
- Toxuma konsistensiyası: yumşaq
- Forması: kürəşəkilli
- Toxuma tipi: xoşxassəli
Bartolin kistasının simptomları hansılardır?
Bartolin kistası infeksiyalaşmış vəzinin şişməsi ilə özünü göstərir. Bartolin absesi;
- Vaginanın girişində və ya cinsiyyət dodaqlarının yaxınlığında həssas, ağrılı bir şiş
- Gəzərkən və ya oturarkən narahatlıq
- Cinsi əlaqə zamanı ağrı
- Temperatur kimi şikayətlər ilə özünü göstərir
Əgər kiçik və ya hələ infeksiyalaşmamış bartolin kistanız varsa, bunu fərq etməyə bilərsiniz. Kista böyüyərsə, siz vaginanın girişində və ya cinsiyyət dodaqlarının yaxınlığında müəyyən ölçüdə kütlə hiss edə bilərsiniz.
Bartolin absesi əksərən birtərəfli xarici dodaqda görünsə də, nadir hallarda hər iki tərəfdə də müşahidə oluna bilər.
Bartolin kistası niyə yaranır?
"Bartolin kistası niyə yaranır?" Sualının cavabı budur ki, bartolin vəziləri tıxanır. Bartolin vəzlərinin tıxanmasının səbəbləri;
- Abseslərə səbəb ola biləcək infeksiyalar,
- Xlamidiya, süzənək, Escherichia coli (koli bacillus kimi də tanınan bir bakteriya növü) kimi cinsi yolla keçən infeksiyalar
- Nadir hallarda vaginal mikrofloranın pozulması
Vaginal floranın pozulması da vaginal axıntıya və qaşınmaya səbəb olur.
İntensiv cinsi əlaqə bartolin kistasına səbəb olurmu?
Bartolin vəziləri; cinsi əlaqə zamanı əlaqənin asan olması üçün nəmliyi təmin edən mayelər istehsal edir. Bu mayelər bartolin vəzidən kiçik kanallardan keçir və vaginaya doğru hərəkət edir. Kanallar tıxanarsa, maye ilə dolaraq genişlənir ki, bu da absesə səbəb olur.
Tez-tez cinsi əlaqədə olmaq bartolin vəzilərində mayenin artması ilə kanallarda tıxanmaya səbəb ola bilər. Xlamidiya, gonoreya, koli basili kimi cinsi yolla ötürülən infeksiyalar absesin əsas səbəbidir.
Bartolin kistasının yaranmasının qarşısını almaq olar mı?
Bartolin kistasının əmələ gəlməsinin qarşısının alınması üsulu;
Digər vaginal xəstəliklərin qarşısının alınması yollarından biri olan təhlükəsiz cinsi əlaqə ilə mümkün ola bilər. Yalnız bartolin kistası üçün deyil, xlamidiya, gonoreya və koli basilləri kimi infeksiyaların qarşısını almağın yolu prezervativlərdən istifadə etməkdir.
Bartolin kistasına necə diaqnoz qoyulur?
Bartolin vəziləri infeksiyalaşıb şişkinlik əmələ gələnə qədər diqqətdən kənarda qala bilər. Bartolin kistası əmələ gəldikdən sonra diaqnoz ginekoloqunuz tərəfindən çanağın müayinəsi və uşaqlıq boynu skrininq testi ilə qoyulur. Eyni zamanda cinsi yolla keçən xəstəliklərin diaqnozu üçün pap smear testi tətbiq oluna bilər. Bəzi hallarda vulva xərçənginin diaqnozu üçün biopsiya tələb olunur .
Ginekoloqa nə vaxt müraciət etməliyəm?
Vaginanın girişinə yaxın və ya cinsiyyət dodaqlarında iki və ya üç gündən sonra sağalmayan ağrılı bir şiş varsa, ginekoloqunuzun konsultasiyasında olmalısınız.
Bartolin kistası 40 yaşdan yuxarı qadınlarda nadir hallarda müşahidə olunmaqla bərabər, həm də bədxassəli hüceyrələrin varlığının bir əlaməti ola bilər.
Bartolin kistası necə müalicə olunur?
Bartolin kistasının simptomlarında təsvir etdiyimiz ağrı və ya həssaslıq, temperatur kimi simptomlarınız yoxdursa, müalicəniz sadə ola bilər.
Əgər kista ağrılıdırsa, ginekoloqunuz əvvəlcə kistanın gündə bir neçə dəfə ilıq suda 3 və ya 4 gün saxlanılması, ağrıkəsicilər, antibiotiklər kimi müalicələr tətbiq edə bilər.
Əgər bunlar nəticə vermirsə, ağrı və hər hansı infeksiyanı müalicə etmək üçün bir neçə müalicə üsulu mövcuddur. Lazım gələrsə, abses drenaj edilə bilər. Bu müalicələrin əksəriyyəti kiçik cərrahi prosedurları əhatə edir.
Bartolin kistası bəzən müalicədən sonra təkrarlana bilər.
Bartolin kistasının müalicəsində:
- Kista infeksiyalaşarsa və abses inkişaf edərsə, ginekoloqunuz infeksiyaya qarşı antibiotiklər təyin edə bilər.
- Bəzi hallarda, balon kateterizasiyası ilə absesdən və ya kistadan mayenin boşaldılması üçün istifadə edilən bir prosedur olan kateter yerləşdirmə və ya fistulizasiya kimi tanınan drenaj üsulu həyata keçirilə bilər.
- Digər müalicələr təsirli olmadıqda və bartolin kistalarınız təkrarlanırsa, ginekoloqunuz tərəfindən bartolin vəzinin çıxarılması üçün cərrahiyyə tövsiyə oluna bilər.
- Karbon dioksid lazeri kiçik cinsiyyət dodaqlarının dərisində bir açılış yaratmaq üçün istifadə edilə bilər ki, bununla da kista drenaj edilə bilər.
- Bartolin absesi iynə aspirasiyası ilə drenaj edilə bilər.
Bartolin kistasının müalicəsindən sonra diqqətə alınması gərəkilənlər
Müalicədən sonra vaginada daha çox infeksiya səbəbindən təkrarlanma ehtimalını azaltmaq;
- 4 həftəyə qədər cinsi əlaqədən çəkinin
- Menstruasiya zamanı tamponlardan istifadə etməyin
- 4 həftəyə qədər vaginal mikrofloranı poza bilən intim məhsullarından uzaq durmaq (mümkünsə, vaginal gigiyena üçün intim vasitələrdən tamamilə qaçınmaq)
- Ginekoloqunuzun göstərişi ilə ümumi anesteziya tələb edən müalicə üsullarından sonra 24-48 saat ərzində müalicə olunan abses nahiyəsinin gigiyenasına diqqət yetirin