skip to Main Content
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası

ATU-nun Onkoloji Klinikasının Onkoginekologiya şöbəsinə 37 yaşında, son 3-4 ayda qarında böyümə və təzyiq hissi şikayəti ilə xanım müraciət etmişdir.

ATU-nun Onkoloji Klinikasının Onkoginekologiya şöbəsinə 37 Yaşında, Son 3-4 Ayda Qarında Böyümə Və Təzyiq Hissi şikayəti Ilə Xanım Müraciət Etmişdir.

Çanağın Ultrasəs Müayinəsi nəticəsində sağ yumurtalıqda 20 cm, sol yumurtalıqda isə 10 cm ölçüdə kompleks törəmə aşikar edilmişdir. Kontrastlı Tam qarın tomografiyasında sadəcə yumurtalıqda törəmələr mövcud,qastrointestinal patologiya aşkar olunmamışdır. Onkomarker Ca-125 : 850 (normaldan 25 dəfə yüksək ), digər onkomarkerlər normal idi. Xəstədə Primer Yumurtalıq xərçəngi düşünüldü və endoskopik üsulla Total Abdominal Histerektomiya + Bilateral Sapingooforektomiya + Total Omentektomiya + Appendektomiya + Bilateral Pelvik Paraaortik limfodisseksiya + Sitoloji alınması əməliyyatı icra olundu. Əməliyyatdan 2 gün sonra xəstə kafi vəziyyətdə evə yazıdı (operator uzm. dr.Ə.İbrahimov).

 

Back To Top